Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ və Avropa Komissiyası BMT Baş Assambleyasının qətnaməsini alqışlayıb

“Baş Assambleya Prezident Putinin Ukraynaya işğalını böyük səslə rədd edib və sülhə çağırıb. Dünya beynəlxalq sülh və təhlükəsizliyin əsaslandığı qanunların və prinsiplərin müdafiəsində birləşir.

Biz Ukraynanın yanındayıq”.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borel tviterdəki hesabında yazıb.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen isə tviter hesabında bildirib ki, dünya ictimaiyyəti Rusiyanın Ukraynaya hücumuna qarşı həmrəydir.

BMT Baş Assambleyasının Rusiyadan öz ordusunu Ukraynadan çıxarmağı tələb edən qətnaməsinin qəbulunu çox alqışlayıram.

Dünya ictimaiyyəti Rusiyanın Ukraynaya qarşı əsassız və səbəbsiz təcavüzünə qarşı həmrəydir”, - Avropa Komissiyasının rəhbəri qeyd edib.

Qeyd edək ki, BMT Baş Assambleyası “Ukraynaya qarşı təcavüz” adlı qətnamə qəbul edib. Qətnamə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən fövqəladə xüsusi sessiyası zamanı dəstəklənib.

BMT-yə üzv olan 141 ölkə qətnamənin lehinə, 5-i əleyhinə səs verib, 35-i isə bitərəf qalıb.

Qətnamənin mətnində qeyd olunur ki, Rusiya Ukraynaya qarşı təcavüz edib. Bununla bağlı Rusiyadan atəşi dayandırması və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, yəni Krım və Donbass daxil olmaqla, Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarması tələb olunur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar