Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ Rusiyaya qarşı bir sıra sərt sanksiyalar tətbiq edib

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı bir sıra sərt sanksiyalar tətbiq edib.

Bu barədə “Report” Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenə və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə istinadən xəbər verir.

“Bu axşam təsdiqlənən kütləvi və məqsədyönlü sanksiyalar paketi Aİ-nin nə qədər vahid olduğunu göstərir.

Birincisi, bu paketə Rusiya bank bazarının 70%-ni və müdafiə sənayesi də daxil olmaqla əsas dövlət şirkətlərini hədəf alan maliyyə sanksiyaları daxildir.

İkincisi, biz xüsusilə Rusiya dövlətinə fayda verən əsas iqtisadi sahə olan enerji sektorunu hədəfləyirik”, - Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen özünün tviter hesabında yazıb.

İxrac qadağamız Rusiyanın neft emalı zavodlarını təkmilləşdirməsini qeyri-mümkün etməklə, neft sektoruna zərbə vuracaq.

Üçüncüsü: Rusiya aviaşirkətlərinə təyyarə və avadanlıqların satışını qadağan edirik.

Dördüncüsü, biz Rusiyanın yarımkeçiricilər və ya qabaqcıl proqram təminatı kimi mühüm texnologiyalara çıxışını məhdudlaşdırırıq.

Nəhayət: vizalar. Diplomatlar, əlaqəli qruplar və iş adamları artıq Avropa İttifaqına imtiyazlı giriş əldə etməyəcəklər”, - o əlavə edib.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel isə bu gün Avropada genişmiqyaslı müharibənin dağıdıcı reallığı ilə qarşılaşdıqlarını vurğulayıb.

“Yalnız Rusiya təqsirkardır. Ağır bədəl ödəyəcək.

Aİ liderləri maliyyə, enerji və nəqliyyat sektorları da daxil olmaqla, böyük sanksiyalar paketi ilə cavab verdilər.

Bu gün Zelenski və ukraynalılarla həmişəkindən daha çox həmrəyik. Beynəlxalq tərəfdaşlarla Ukraynaya siyasi, maliyyə və humanitar yardım göstərmək üçün qətiyyətlə hərəkət edirik”, - Şarl Mişel bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar