Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bütün bunlar 21-ci əsrdə baş verir” - Qabil Hüseynlidən Rusiyanın atdığı addıma şərh

Qərbin tətbiq edəcəyi sanksiyalar Rusiyanın Qərbə doğru irəliləməsinin qarşısını ala biləcəkmi?

Politoloq: “Hər halda Qərb və NATO Rusiyanın qarşısında dayana biləcək əsas qüvvədir”.

“Bu məsələlər 100 il bundan əvvəl baş versəydi, bəlkə də buna imperializmin müstəmləkə sisteminin yaranması ilə bağlı müəyyən qədər ehtiyatlı yanaşmaq olardı”.

Bu sözləri politoloq Qabil Hüseynli Rusiyanın Donetsk və Luqanskın müstəqilliyini tanımasından sonra Qərbin tətəbiq etdiyi sanksiyaların nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Ukrayna Xarici İşlər Nazirliyi dünya dövlətlərini qondarma “Donetsk Xalq Respublikası” və qondarma “Luqansk Xalq Respublikası”nı tanıdığına görə Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyə çağırıb.

Nazirlikdən verilən açıqlamada Ukraynanın Rusiya Federasiyasının qondarma “Donetsk Xalq Respublikası” və qondarma “Luqansk Xalq Respublikası”nın müstəqilliyini tanımaq qərarını pislədiyi bildirilib.

Bəyanatda Rusiyanın bu addımı ilə beynəlxalq hüququn əsas norma və prinsipləri olan Birləşmiş Millətlər Təşkilatının sazişlərinə açıq şəkildə qarşı çıxdığı bildirilib və bu ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozduğu diqqətə çatdırılıb.

Bəyanatda Rusiya Federasiyasının qondarma “Luqansk Xalq Respublikası” və qondarma “Donetsk Xalq Respublikası”nın tanınması ilə bağlı qərarının heç bir hüquqi nəticəsi olmayacağı, Ukraynanın hazırda silahlı toqquşmanın yayılmasının qarşısını almaq üçün bütün diplomatik vasitələrdən istifadə etdiyi vurğulanıb.

Rusiya Federasiyasının növbəti qərarları və addımlarının böyük ölçüdə baş verənlərə qlobal reaksiyalardan asılı olduğu xatırladılan bəyanatda “Bu kontekstdə gərginliyin daha çox dərinləşməsinin qəbuledilməz olduğuna dair aydın siqnal vermək üçün Rusiyaya qarşı sərt sanksiyaların tətbiqində israr edirik” deyilib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin favralın 21-də Rusiyanın qondarma Donetsk və Luqansk Xalq Respublikalarını tanımağa icazə verən iki fərman imzalayıb.

Bəs bu məsələyə Qərbin verdiyi reaksiyanı necə dəyərləndirmək olar? Qərbin Putinin açıq şantajına qarşı tətbiq edəcəyi sanksiyalar Rusiyanın Qərbə doğru irəliləməsinin qarşısını ala biləcəkmi?

Ukraynaya qarşı Rusiyanın atdığı son addımları PİA.az-ın əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Mən inanmıram ki, Rusiya bu cür təcəvüzkar niyyətləri ilə nəyəsə nail ola biləcək. Hətta gün gələcək Rusiya Donetsk və Luqansk vilayətlərini də Ukraynaya geri qaytaracaq”.

Rusiyanın yeni bir təxribata, açıq təcavüzə getməklə özünü çox çətin vəziyyətə saldığını vurğulayan politoloq düşünür ki, Moskva bu vəziyyətdən çıxması üçün çox böyük hesab ödəmək məcburiyyəti qarşısında qalacaq:

Rusiya dünya nizamına, beynəlxalq münasibətlərə meydan oxuyur. Rusiya beynəxalq hüququn normalarını ayaqlar altına alıb tapdalayır. Üstəlik də müstəqil dövlətlərin ərazilərini işğal edir. Bütün bunlar da 21-ci əsrdə baş verir. Bu məsələlər 100 il bundan əvvəl baş versəydi, bəlkə də buna imperializmin müstəmləkə sisteminin yaranması ilə bağlı müəyyən qədər ehtiyatlı yanaşmaq olardı. Amma indi dünya inkişaf edib, dünya dəyişib və mədəniləşib. Belə dövrdə köhnə imperiya dövrünün təfəkkürü ilə davranıb müstəqil xalqa qarşı bu cür amansızlıqla hərəkət edilməsi heç cürə başa düşülən deyil.

Xüsüsən dünən Putin xalqa müraciətində Ukrayna dövlətçiliyini aşağıladı. Ukrayna dövlətinin qondarma dövlət olduğunu, bolşeviklərin gəlib rus torpaqlarını Ukraynaya verməsi nəticəsində bu dövlətin mövcudluğu haqqında həqiqətlə üst-üstə düşməyən, hətta tarixi həqiqətlərə zidd olan bir sıra dirnaqarası fikirlər söylədi. Mən çox təəccübləndim ki, bu dövrdə beynəlxalq münasibətlərə bu cür yanaşma tərzi höküm sürür. Rusiyanın indiki hərəkəti heç bir ənənəyə sığışmır.

Qabil Hüseynli: “Putinin xalqa müraciətindən belə nəticə çıxarmaq olar ki, Rusiya təkcə Donetsk və Luqanskın işğalı ilə, onların müstəqilliyini tanımaqla kifayətlənməyəcək”.

Hər halda Qərb və NATO Rusiyanın qarşısında dayana biləcək əsas qüvvədir. Putinin xalqa müraciətindən belə nəticə çıxarmaq olar ki, Rusiya təkcə Donetsk və Luqanskın işğalı ilə, onların müstəqilliyini tanımaqla kifayətlənməyəcək. Ukraynanın digər bölgələrinə də iddiaları olduğu bəyanatdan belə çıxır ki, rus ordusu daha da uzağa gedə bilər. Amma qarşıda dünya ictimai rəyi var. Həmçinin dünyanın digər dövlətləri var ki, Ukraynanın arxasında ciddi dayanıb.

Mən inanmıram ki, Rusiya bu cür təcəvüzkar niyyətləri ilə nəyəsə nail ola biləcək. Hətta gün gələcək Rusiya Donetsk və Luqansk vilayətlərini də geri qaytaracaq. Amma indi Rusiya yeni bir təxribata, açıq təcavüzə getməklə özünü çox çətin vəziyyətə saldı. Rusiya bu vəziyyətdən çıxması üçün çox böyük bədəllər ödəmək məcburiyyəti qarşısında qalacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatına Milli Məclisin plenar iclasında baxılacaq - Yenilənib

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Paşinyan Ermənistanda kilsə islahatları apara bilər?

Zelenski: Tərəfdaşlar Rusiyanın müharibədə uduzmasından qorxurlar...

Bakıda axtarışda olan şəxs hava limanında saxlanılıb

Ən çox oxunanalar