Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda daha bir “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb

2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi ümumilikdə respublika üzrə 22-ci “ASAN xidmət” mərkəzidir.

Mərkəzin tikintisinə 2020-ci ildə başlanılıb və bu ilin yanvar ayında tikintisi başa çatdırılıb.

2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi üçün ayrılan 2 hektar ərazidə Mərkəzin 4 mərtəbəli inzibati binası, transformator binası, qazanxana binası, su çəni, dekorativ hovuzlar, yerüstü 2 avtomobil dayanacağı, uşaq əyləncə meydanı yaradılıb. Fasadlarda müasir tendensiyaya uyğun olaraq ən son texnologiyalardan istifadə edilib.

2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Nizami prospekti 784 ünvanında inşa edilib və əsasən Gəncə şəhəri, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Goranboy, Samux, Naftalan, KəlbəcərXocalı rayonlarında qeydiyyatda olan ümumilikdə 1 milyona yaxın vətəndaşın əhatəsində olan Mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərir.

Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox xidmət həyata keçirilir.

Mərkəzdə üzərində xüsusi QR kodlar əks olunan məlumat tabloları yerləşdirilib, divarlarına, eyni zamanda masa üzərlərinə yerləşdirilmiş tablolardakı QR kodları oxudaraq asan.gov.az saytına keçid etməklə "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərinin, yashat.gov.az portalına keçid vasitəsi ilə isə "YAŞAT" Fondunun fəaliyyəti barədə asanlıqla məlumat əldə etmək mümkündür. Mərkəzdə əməkdaşların sayı 208, könüllülərin sayı 85 nəfər nəzərdə tutulur. "ASAN xidmət" mərkəzinin işçilərinin sayı 40 nəfərdir ki, onlar da əsasən şəhid ailəsi üzvləri, qazilər və ASAN könüllülərindən təşkil olunub.

Vətəndaşların istirahəti üçün açıq zona hesab olunan istirahət meydançası, ASAN Kafe nəzərdə tutulub. “ASAN xidmət” mərkəzinin ərazisində 70 avtomobil üçün parklama yeri yaradılıb. Konsept təhlükəsizlik tədbirlərini nəzərdə tutan sistemlərin quraşdırılmasını təmin edir.

***

Bu gün Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.

"Report" xəbər verir ki, 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Gəncə şəhəri, Şəmkir, Gədəbəy, Göygöl, Goranboy, Samux, Naftalan, KəlbəcərXocalı rayonlarında qeydiyyatda olan ümumilikdə 1 milyona yaxın vətəndaşla yanaşı ölkə üzrə ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək.

Xatırladaq ki, Prezident İlham Əliyev yanvarın 30-da 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzinin açılışını edib.

Hazırda 22 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 6-sı paytaxt Bakıda, digər 16-sı isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, AğcabədiBalakəndədir.

“ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı ətraflı məlumatı 108 “Çağrı” mərkəzinə zəng etməklə və ya www.asan.gov.az saytından əldə etmək olar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

İsrail təyyarələri Yəmənin neft anbarlarını bombalayıb    

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Torpaqlarımızı azad etmək üçün lazım olsaydı, daha 17 il gözləyərdik

Ələt-Osmanlı-Astara dəmir yolu xətti yenidən qurulur

Azərbaycan Prezidenti: Sülh və ərazilərimizin azad edilməsi naminə bütün şəxsi emosiyalarımı kənara qoymalı idim    

Dövlət başçısı: Avropa bir tərəfdən bizdən qaz hasilatını artırmağı xahiş edir, digər tərəfdən bunu maliyyələşdirmir

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

İlham Əliyev: Azərbaycan qazının Avropaya nəqlini iki dəfə artırmaq bizim hədəfimizdir

Prezident İlham Əliyev: Əminəm ki, Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var

Prezident İlham Əliyev: Atdığımız bütün addımlar əsas məqsədi güdür: iqtisadi və siyasi müstəqilliyimizi daha da gücləndirmək

Ən çox oxunanalar