Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan sülhməramlıların mandatını təsdiq etsə, özbaşınalıqlara son qoyular?..

3 il yarımdan sonra Azərbaycan sülhməramlıların missiyasının davam etdiriməsini istəməsə, bölgədə proseslər hansı ssenarilər üzrə inkişaf edə bilər?..

Politoloq: “Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı Azərbaycan ictimaiyyətinin haqlı narazılığını ifadə edən sualları mütəmadi olaraq səslənir”.

Azərbaycan üçün hazırkı şəraitdə sülhməramlıların statusu ilə bağlı məsələlərin müzakirəsi aktual deyil. Azərbaycan diplomatiyası Ermənistanla sülh danışqıları, sərhədlərin demilitasiya və demarkasiyası, ölkəmizin Qarabağ bölgəsində ermənilərin məskunlaşması, kommunikasiyaların açılması məsələlərinə kompleks yanaşır”.

Bu sözləri politoloq Zaur İbrahimli əgər Azərbaycan sülhməramlıların mandatını təsdiq etsəydi, o zaman bölgədə baş verən proseslərin necə olacağını PİA.az-a şərh edərkən qeyd edib.

Məlumdur ki, Azərbaycan xalqı bütün aspektlərdə Rusiya sülhməramlılarının fəaliyyətindən narazıdır. Demək olar ki, Rusiya sülhməramlıları fəliyyətini öz öhdəliklərinə uyğun qurmalı olduqlarını unudublar. Azərbaycan isə dəfələrlə müxtəlif səviyyələrdə həm Rusiya sülhməramlılarına, həm də erməni tərəfinə buna görə ciddi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edib.

Təqribən il yarımdır ki, sülhməramlılar Qarabağda missiya həyata keçirirlər. Lakin kifayət qədər uzun müddət keçməsinə baxmayaraq, sühməramlılar hələ də mandatsız fəaliyyət göstərir. Bəzi məlumatlara görə Azərbaycan həmin mandata Ermənistanın imza atmasına etiraz etdiyinə görə, Rusiya sülhməramlıları mandatsız fəaliyyət göstərirlər. Bilirik ki, Rusiya hərbiçiləri sülhməramlı misiyasına aidiyyatı olmayan işlərlə də məşğul olur, bəzən isə açıq şəkildə separatizmə dəstək verirlər.

Bəs 3 il yarəmdan dən sonra Azərbaycan sülhməramlıların missiyasının davam etdiriməsini istəməsə, bölgədə proseslər hansı ssenarilər üzrə inkişaf edə bilər? Ümumiyyətlə əgər Azərbaycan sülhməramlıların mandatını təsdiq etsəydi, o zaman Rusiya hərbiçilərinin özbaşınalıqlarının qarşısını almaq daha effektli olardımı?

Sülhməramlıların gələcək fəaliyyətini və mandat məsələsini PİA.az-ın əməkdaşı politoloq Zaur İbrahimli ilə müzakirə edib.

Zaur İbrahimli: “Azərbaycan sülhməramlıların mandatını təsdiq etsə belə, zənnn etmirəm ki, nəsə dəyişsin. Çünki sülhməramlılar Qarabağda nə Azərbaycanın, nə də Ermənistanın maraqlarını güdmürlər. Onlar Rusiyanın geosuyasi maraqlarını təmin etmək üçün burdadırlar”.

Azərbaycanın indiki mərhələdə sülhməramlıların fəaliyyəti ilə bağlı problemləri diplomatik üsullarla həll etməyə üstünlük verdiyini vurğulayan politoloq PİA.az-a bildirib ki, zaman-zaman bu öz nəticəsini də verir. Lakin sülhməramlıların fəaliyyəti ilə bağlı fundamental problemlər qalmaqdadır:

Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı Azərbaycan ictimaiyyətinin haqlı narazılığını ifadə edən sualları mütəmadi olaraq səslənir. Rusiya sülhməramlı kontingenti Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanmış 10 noyabr sazişindən irəli gələn öhdəliklərinin icrasına subyektiv yanaşırlar. Praktikada sülhməramlıların daha çox ermənilərin Azərbaycanın Qarabağ bölgəsində məskunlaşması ilə bağlı fəaliyyətlər həyata keçirirlər. Laçın dəhlizindən yalnız mülki və humanitar məqsədlərlə əlaqədar istifadə olunması öhdəliyinə əməl etmirlər.

Ən başlıcası onların məsuliyyət bölgəsində olan ermənilərin qanunsuz silahlı birləşmələrinin bölgədən çıxarılması, tərksilah edilməsi vəzifələrini yerinə yetirmirlər, Azərbaycanın digər bölgələrinin və hərbi birləşmələrinin atəşə tutulması halları baş verdikdə sərt tədbirlər görmürlər.

Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı bir neçə dəfə problemləri açıq vurğulayıb. Prezident İlham ƏliyevLaçın dəhlizi ilə əlaqədar iradları açıq söyləyib.

Ümumiyyətlər götürsək, Azərbaycan sülhməramlıların mandatını təsdiq etsə belə, zənnn etmirəm ki, nəsə dəyişsin. Çünki sülhməramlılar Qarabağda nə Azərbaycanın, nə də Ermənistanın maraqlarını güdmürlər. Onlar Rusiyanın geosuyasi maraqlarını təmin etmək üçün burdadırlar.

Azərbaycan indiki mərhələdə sülhməramlıların fəaliyyəti ilə bağlı problemləri diplomatik üsullarla həll etməyə üstünlük verir. Zaman-zaman bu öz nəticəsini də verir. Lakin sülhməramlıların fəaliyyəti ilə bağlı fundamental problemlər qalmaqdadır.

Zaur İbrahimli: “Azərbaycan diplomatiyası ən başlıca məsələlərlə bağlı müəyyənliyə nail olmadan digər məsələlərlə bağlı manever imkanlarını məhdudlaşdıracaq addımlar atmayacaq”.

Azərbaycan üçün hazırkı şəraitdə sülhməramlıların statusu ilə bağlı məsələlərin müzakirəsi aktual deyil. Azərbaycan diplomatiyası Ermənistanla sülh danışıqları, sərhədlərin demilitasiya və demarkasiyası, ölkəmizin Qarabağ bölgəsində ermənilərin məskunlaşması, kommunikasiyaların açılması məsələlərinə kompleks yanaşır.

Sülhməramlıların manadatı ilə bağlı müvafiq normativ bazanın hazırlanması da bu məsələlərlə bilavasitə əlaqədardır. Azərbaycan diplomatiyası ən başlıca məsələlərlə bağlı müəyyənliyə nail olmadan digər məsələlərlə bağlı manver imkanlarını məhdudlaşdıracaq addımlar atmayacaq.

Sülhməramlıların bölgədəki missiyasının başa çatmasından sonra hansı vəziyyətin yaranacağı ilə bağlı fikir yürütmək isə tələskənlik olardı. Hələ ki, gündəlikdə kommunikasiyaların açılması ilə bağlı irəliləyişlər barədə danışmaq olar. Növbədi mərhələdə artıq sərhədlərin demilatasiya və demarkasiyası ilə bağlı konkret müzakirələrə başlamaq olar”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Bakıda qadın sevgilisi və qonşusunu bıçaqlayıb

Gənc şairin ilk kitabı - "Qırmızıdan bənövşəyiyə"

Politoloq: ABŞ regionda demokratiya oyunu adı altında yerləşmək istəyir...

Ən çox oxunanalar