Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın SWIFT-dən kənarlaşdırılması gündəmdədir - Bu Azərbaycana necə təsir edə bilər?

Rusiyanın Beynəlxalq Ödəniş Sistemindən kənarlaşdırılması Azərbaycanın bank sisteminə, o cümlədən Azərbaycan iqtisadiyyatına və sosial həyatına bu və ya digər şəkildə təsir edə bilərmi?..

Əkrəm Həsənov: “Əgər Rusiya Ukraynaya hücum edəcəksə, dövlət olaraq da Beynəlxalq Ödəniş Sistemindən kənarlaşdırılmasına hazırdır. Yəni Rusiyanın özünün alternativ ödəniş sistemi var, deməkdir”.

Vüsalə Əhmədova: “Rusiyanın SWIFT beynəlxalq ödəniş sistemindən kənarlaşdırılacağına o qədər də inanmıram. Rusiya SWIFT sistemindən çıxarılarsa, maliyyə qurumlarının ölkə daxilində və ya xaricə pul göndərməsi demək olar ki, mümkün olmayacaq. Bu vəziyyət həm Rusiya şirkətləri, həm də xarici müştərilər və xüsusilə də neft və qaz alıcıları üçün böhrana səbəb ola bilər”.

Ukrayna böhranı fonunda Rusiyanın Beynəlxalq Ödəniş Sistemindən (SWIFT) kənarlaşdırılması çoxdan müzakirə mövzusudur və belə görünür ki, Ukraynada hərbi əməliyyatlar başlarsa, Qərb doğrudan da Rusiyanı Beynəlxalq Ödəniş Sistemindən ayıracaq. Bilirik ki, Rusiya ilə Azərbaycan arasında ciddi sayılacaq səviyyədə bank əməliyyatları həyata keçirilir.

Qeyd edək ki, ölkələrin SWIFT-dən xaric edilməsi presedenti artıq mövcuddur. Avropa Birliyi 2012-ci ildə İrana nüvə proqramına görə sanksiyalar tətbiq edəndə, SWIFT İran banklarını öz xidmətindən kənarlaşdırmışdı. Bundan sonra İran xarici ticarət dövriyyəsinin 30 faizindən və neft ixracından əldə etdiyi gəlirlərin yarısından məhrum olmuşdu.

Rusiyaya qarşı bu tədbirləri ABŞ-ın müttəfiqlərinin nə dərəcədə qətiyyətlə dəstəkləyəcəkləri bəlli deyil. Əgər Rusiya SWIFT-dən xaric ediləcəksə, o zaman ən çox uduzan ABŞ və Almaniya olacaq. Çünki onların bankları Rusiya bankları ilə daha sıx əlaqələrə malikdirlər.

Böyük Britaniyanın baş naziri Boris Conson parlament üzvlərinə deyib ki, onun hökuməti ABŞ-la Rusiyanın SWIFT-dən xaric olunması məsələsini müzakirə edir. Conson bildirib: ”Heç şübhə yoxdur ki, bu, olduqca güclü silahdır. Ancaq onun necə lazımdırsa istifadə edilməsi yalnız ABŞ-ın köməyi ilə ola bilər. Biz bu mövzu ilə bağlı müzakirə aparırıq”.

Bəs Rusiyanın Beynəlxalq Ödəniş Sistemindən kənarlaşdırılması Azərbaycanın bank sisteminə, o cümlədən Azərbaycan iqtisadiyyatına və sosial həyatına bu və ya digər şəkildə təsir edə bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı bank üzrə ekspert Əkrəm Həsənov və iqtisadçı-alim Vüsalə Əhmədova ilə müzakirə edib.

Əkrəm Həsənov: “Rusiyanın Beynəlxalq Ödəniş Sistemindən kənarlaşdırılması Azərbaycan üçün ciddi problem yaratmayacaq”.

Rusiyanın Beynəlxalq Ödəniş Sistemindən kənarlaşdırılması Azərbaycana təsirlərinin elədə də ciddi olmayacağını və problem görmədiyini deyən bank üzrə ekspert PİA.az-a bildirib ki, Rusiya Beynəlxalq Ödəniş Sistemindən kənarlaşdırılmasını çoxdan gözləyir və buna hazılaşıb:

“Aydın məsələdir ki, əgər Rusiya Ukraynaya hücum etsə, Qərb Rusiyanı Beynəlxalq Ödəniş Sistemindən ayıracaq. Amma Rusiyanın Ukraynaya hücum etmək ehtimal gündən-günə azalır.

Amma əgər Rusiya Ukraynaya hücum edəcəksə, dövlət olaraq da Beynəlxalq Ödəniş Sistemindən kənarlaşdırılmasına hazırdır. Yəni Rusiyanın özünün alternativ ödəniş sistemi var. Güman edirəm ki, Rusiyanın alternativ sistemində bir-iki həftə hansısa problemlər olsun. Amma problem ortadan qalxandan sonra hesab edirəm ki, Azərbaycanı da həmin sistemə qoşacaqlar ki, bizim banklar da ödənişləri o sistemlə edəcək.

Əkrəm Həsənov: “Moskvanın SWIFT-ə alternativi olmayacaqsa, onda Rusiyanın Beynəlxalq Ödəniş Sistemindən kənarlaşdırılması Azərbaycan üçün problem ola bilərdi. Çünki Rusiya ilə iqtisadi əlaqələrimiz, qarşılıqlı ödənişlərimiz var”.

Mən burada elədə də ciddi problem görmürəm. Çünki Rusiya Beynəlxalq Ödəniş Sistemindən kənarlaşdırılmasını çoxdan gözləyir və buna hazılaşıb.

Bütövlükdə isə Moskvanın SWIFT-ə alternativi olmayacaqsa, onda RusiyanınBeynəlxalq Ödəniş Sistemindən kənarlaşdırılması Azərbaycan üçün problem ola bilərdi. Çünki Rusiya ilə iqtisadi əlaqələrimiz, qarşılıqlı ödənişlərimiz var. Həmçimin Rusiyada xeyli azərbaycanlı yaşayır. Onlar oradan Azərbaycana pul köçürürlər. Amma bir daha qeyd edim ki, alternativ olacaqsa, Rusiyanın Beynəlxalq Ödəniş Sistemindən kənarlaşdırılması Azərbaycan üçün ciddi problem olmayacaq”.

Vüsalə Əhmədova: “Rusiya ilə ticari əməkdaşlıq edəcək ölkələr ilə Rusiya arasındakı ödənişlərin SWIFT-in Rusiya ekvivalenti ilə həyata keçirilməsi mümkündür”.

Rusiyanın Beynəlxalq Ödəniş Sistemindən kənarlaşdırılmasından təkcə Rusiya-Avropa ticarət həcmində deyil, bütün dünya iqtisadiyyatının müəyyən qədər zərər görəcəyini proqnozlaşdıran iqtisadçı-alim PİA.az-a açıqlamasında qeyd edib ki, bu sanksiya qarşısında Rusiya susqun qalmayacaq və əvəzində neft, qaz və digər təbii ehtiyatların Qərb ölkələrərinə satışını dayandıracaq. Bu isə Avropada ciddi böhrana səbəb ola bilər:

“Öncəliklə, SWIFT nədir? Dünyada minlərlə bank və maliyyə institutunu birləşdirən qlobal bank rabitə şəbəkəsidir. Tam olaraq - "Society for Worldwide Interbank Financial Telecommunication" - bütün dünyada banklar arasında elektron pul köçürmələri standartını təmin edən sistem. Bu sistem BIC (Bank Identifier Codes) kodu sayəsində hər bir bankı identifikasiya edir. Sistem 1973-cü ildə yaradılıb və hazırda 11.000-dən çox maliyyə institutu tərəfindən təhlükəsiz mesajlar göndərmək, pul mübadiləsi və ödənişlər həyata keçirmək üçün istifadə olunur. Hələ ki, SWIFT-ə alternativ qlobal sistem yaradılmayıb.

Əvvəla onu qeyd edim ki, Rusiyanın SWIFT beynəlxalq ödəniş sistemindən kənarlaşdırılacağına o qədər də inanmıram. Rusiya SWIFT sistemindən çıxarılarsa, maliyyə qurumlarının ölkə daxilində və ya xaricə pul göndərməsi demək olar ki, mümkün olmayacaq. Bu vəziyyət həm Rusiya şirkətləri, həm də xarici müştərilər və xüsusilə də neft və qaz alıcıları üçün böhrana səbəb ola bilər. Təkcə Rusiya-Avropa ticarət həcmində deyil, bütün dünya iqtisadiyyatının müəyyən qədər zərər görəcəyini proqnozlaşdırmaq olar. Çünki, bu sanksiya qarşısında Rusiya susqun qalmayacaq və əvəzində neft, qaz və digər təbii ehtiyatların bu ölkələrə satışını dayandıracaq. Bu isə Avropada ciddi böhrana səbəb ola bilər.

Məlumat üçün bildirim ki, 2012-ci ildə Avropa İttifaqı İrana nüvə proqramı ilə bağlı sanksiyalar tətbiq etməsindən sonra İran bankları SWIFT sistemindən təcrid olundu.

Vüsalə Əhmədova: “Rusiya Mərkəzi Bankının məlumatlarına görə, SWIFT-ə bənzər pul köçürmə sistemi olan SPFS bu gün banklar və şirkətlər də daxil olmaqla 400-dən çox iştirakçıya malikdir”.

Xatırlayırsınızsa, 2014-cü ildə Krım Rusiya tərəfindən işğal edildiyi zaman ABŞ bu ölkəyə qarşı ilk sanksiyalar tətbiq etməyə başladı və Rusiyanın SWIFT-dən çıxarılması məsələsi gündəmə gəlmişdi. Həmin dövürdə SWIFT sistemindən çıxarılma riskinə görə Rusiya SPFS (System for Transfer of Financial Messages) hazırlamağa başladı və 2017-ci ilin dekabrında istifadəyə verdi. Rusiya Mərkəzi Bankının məlumatlarına görə, SWIFT-ə bənzər pul köçürmə sistemi olan SPFS bu gün banklar və şirkətlər də daxil olmaqla 400-dən çox iştirakçıya malikdir.

Bilirsiz ki, İran, Çin və Türkiyə Rusiya ilə ikitərəfli ticarətdə milli valyutalara keçmək istəyirlər. Digər tərəfdən, Rusiyanın SWIFT-dən kənarlaşdırılması bu prosesə təkan verə bilər. Rusiya ilə ticari əməkdaşlıq edəcək ölkələr ilə Rusiya arasındakı ödənişlərin SWIFT-in Rusiya ekvivalenti ilə həyata keçirilməsi mümkündür. Rusiya Maliyyə Nazirliyi hələ 2019-cu ilin oktyabrında Türkiyə ilə milli valyutalarda ticarət haqqında saziş imzalamışdı və sözügedən sazişin türk banklarının SPFS ilə əlaqəsini genişləndirə biləcəyi açıqlanılırdı”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılıb - Xəbərdarlıq

Faiq Ağayevlə Zülfiyyə Xanbabayeva illər sonra bir arada

Son 4 ilə ən azı 43 milyon manatlıq tender udan şirkəti hökumətlə nə bağlayır? – Araşdırma

Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb

Cəlilabadda hündürlükdən yıxılan azyaşlı ölüb

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

ETSN hava məlumatları ilə bağlı əhaliyə xəbərdarlıq edib

Qeyri-sabit hava şəraiti sabaha qədər davam edəcək 

Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib

İsrailin xarici işlər naziri Livanla müharibədən qaçmaq üçün son şansı açıqlayıb

Gənclər və İdman Nazirliyi və MOK Azərbaycana qarşı təxribatla bağlı bəyanat yayıb

Ən çox oxunanalar