Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden administrasiyasının Tramp sindromu ABŞ-ı faciəyə sürükləyir...

Bayden açıq bir məqsədlə hakimiyyətə gəldi. Bu məqsəd Trampa qarşı çıxmaq və onun həm Rusiya, həm də Yaxın Şərq məsələlərində səhv etdiyini sübut etmək idi...

Sevsen Şair
“Şarkul Avsat” qəzeti, 30 yanvar 2022-ci il

“Tramp problemi” yeni administrasiya ilə Amerika maraqları arasında dayanmaqla yanaşı, həm də Amerika xarici siyasətinin əsas hərəkətverici qüvvəsidir. Əslində, bu, bəzən ABŞ və administrasiyanın təhlükəsizliyi və tələbləri arasında bir maneə də ola bilər.

Trampın təsdiq etdiyi hər şeydən geri çəkilmək yeni administrasiyanın müəyyən etdiyi yol xəritəsidir. Tramp Husiləri terror təşkilatları siyahısına salsa da, yeni administrasiya bu qərarı ləğv edib. Tramp İranla nüvə razılaşmasından çıxmaq qərarına gələrkən, yeni rəhbərlik yenidən razılaşmaya qayıtmağa qərar verib. Respublikaçıların təzyiqi olmasaydı, yeni administrasiya İrana qarşı sanksiyaları yalnız Trampa qarşı hərəkət etmək üçün belə ləğv edərdi.

Bayden administrasiya qarşısında açıq bir məqsədlə hakimiyyətə gəldi. Bu məqsəd Trampa qarşı çıxmaq və onun həm Rusiya, həm də Yaxın Şərq məsələlərində səhv etdiyini sübut etmək idi. Administrasiya da ABŞ-ın maraqları və təhlükəsizliyi ilə bağlı verdiyi qərarların doğruluğunu günü-gündən hiss etsə də, bu dəlillərə məhəl qoymur və nəyin bahasına olursa olsun, geri çəkilmədən yoluna davam edir.

Husilər İranın ballistik raketləri ilə Əbu-Dabidəki Zafra hava bazasını vurub. Bununla belə, Bayden administrasiyası nüvə sazişini tamamlamaq üçün daha çox güzəştə getməkdən əl çəkməyəcək. Ağ Ev üçün Trampın pozduğu bu sövdələşmənin tamamlanmasından daha vacib heç nə yoxdur. Üstəlik, Trampın öz səhvini sübut etməkdə israrlı olması onu İranın, həqiqətən də, sövdələşməyə qayıtmağa hazır olub-olmadığını düşünməyə vadar edib. Lakin bu molla rejimi ilə danışıqların üfüqündə heç kim işıq görmür. İlahi qüvvə ilə hərəkət etdiyinə inanan bir rejimin danışıqlara ehtiyacı da yoxdur. Çünki birinci müqavilənin memarı Cavad Zərif etiraf etdi ki, müqavilə imzalandıqdan sonra bu, sadəcə olaraq, daha böyük hədəfin, yəni İran nüvə layihəsinin həyata keçirilməsi üçün atılan addım olacaq.

İran üçün razılaşma heç vaxt vasitədən başqa bir şey olmayıb. Bunu hamımız bilirik. Amma bu administrasiya təkid edir ki, tunelin sonunda işıq var. Ancaq bu işığı onlardan başqa heç kim görmür. Buna görə də ABŞ administrasiyası güzəştə getməkdə davam edir. Husilər Zafra bazasını vursalar da və ya Amerika əsgərləri ölsə belə, dayanmayacaq.

Bu administrasiya öz susqunluğu qoruyan bir diplomatik çıxış yolu axtarır. Əslində, Obama administrasiyası iranlı zabitlər qarşısında diz çökməyə məcbur edilən amerikalı əsgərlərin təhqir olunmasına səssiz qalmadımı? İndiki rəhbərlik də bunun davamıdır. Ortada vaxtaşırı mətbuatda yer alan sərt bəyanatlardan başqa heç nə yoxdur. ABŞ-ın nüfuzunu qorumaq üçün heç bir sanksiya tətbiq edilməyəcək. Bayden Ukrayna ilə bağlı faciəvi açıqlamalar verdi və ölkənin nüfuzunu məhv etdi. Daha sonra rəhbərlik onun səhvlərini düzəltməli oldu.

ABŞ-ın yeni administrasiyası Əfqanıstandan biabırçı şəkildə geri çəkildikdən sonra itirdiklərini Yaxın Şərqdə geri qaytarmağa və ya heç olmasa qalanını qoruyub saxlamağa çalışır. Ağ Evdə düşünürlər ki, İranın raket hücumuna cavab versələr, bu, İranın danışıqlardan geri çəkilməsinə səbəb olacaq. Lakin bütün məsələ ondadır ki, İran dialoqdan daha çox vaxt qazanmaq üçün danışıqlar masasına oturub. ABŞ administrasiyası bunu görmək və qəbul etmək istəmir. Çünki bu halda Trampın nüvə sazişindən çıxması düzgün qərar hesab olunacaq.

Bu administrasiyanın İran rejimi üçün getmədiyi heç bir güzəşt qamadı. Artıq ABŞ-ın nüfuzunu təhqir etmək belə əhəmiyyət kəsb etmir. İş o yerə çatıb ki, ABŞ-ın İran üzrə xüsusi nümayəndəsinin müavini Riçard Nifyu Amerikanın namusunun necə tapdalandığını və təhlükəsizliyinin zəbt edildiyini - Trampın haqlı olduğunu deməmək üçün - öz gözləri ilə görəndən sonra istefa verməli oldu.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılıb - Xəbərdarlıq

Faiq Ağayevlə Zülfiyyə Xanbabayeva illər sonra bir arada

Son 4 ilə ən azı 43 milyon manatlıq tender udan şirkəti hökumətlə nə bağlayır? – Araşdırma

Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb

Cəlilabadda hündürlükdən yıxılan azyaşlı ölüb

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

ETSN hava məlumatları ilə bağlı əhaliyə xəbərdarlıq edib

Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib

Qeyri-sabit hava şəraiti sabaha qədər davam edəcək 

İsrailin xarici işlər naziri Livanla müharibədən qaçmaq üçün son şansı açıqlayıb

Gənclər və İdman Nazirliyi və MOK Azərbaycana qarşı təxribatla bağlı bəyanat yayıb

Ən çox oxunanalar