Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncədə avtoxuliqanlıq edən şəxs həbs olunub

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin ( ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, şəhər sakini Məhəmməd Baxşıyev idarə etdiyi “VAZ” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq etmiş və bununlada ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olması məlum olub.

Bundan başqa araşdırmalar zamanı həmin sürücünün şəhər ərazisində hələlik sahibi və dövlət qeydiyyat nişanı məlum olmayan “Niva” markalı avtomobil ilə şhər ərazisində yarış təşkil etməsi və beləliklə şəhər sakinləri üçün real təhlükə yaratması məlum olub. Həmin şəxs barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Məhəmməd Baxşıyev sürücülük hüqundan 1 il müddətinə məhrum olmaqla 15 sutka inzibati qaydada həbs edilib. Hazırda digər yarış iştirakçısının kimliyinin müəyyən edilməsi istiqamətində zəruri-əməliyyat tədbirləri davam etdirilir.

Yol Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər tədbirlər nəticəsində yol hərəkəti qaydalarını pozaraq qəza törədn və hadisə yerindən yayınan sürücünü saxlayıb. Araşdırmalar zamanı şəhər sakini Əziz Kərimzadə saxlanılan zaman narkotik vasitənin təsiri altında olduğu da müəyyən edilib. Həmin şəxs barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Əziz Kərimzadə sürücülük hüqundan 1 il müddətinə məhrum olmaqla 15 sutka inzibati qaydada həbs edilib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar