Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pensiyaçılara 100 manat tələsi

London İqtisadiyyat Məktəbinin professoru, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu “Kapital Bank”ı pensiyaçı müştərilərini bonus tələsinə salmaqda ittiham edir.

Novator.az-ın məlumatına görə, o yazır ki, “Kapital Bank” pensiyaçılara bonus təklifi verir: “Bankomatdan pensiya çıxaran şəxslərə 100 manat əlavə pul götürmək təklif edilir, bu halda növbəti ayın pensiyasından 106 manat tutulacağı bildirilir. Əlacsız qalan, suya-işığa-qaza, ərzağa və dava-dərmana pul çatdırmayan pensiyaçıların bir çoxu ilk baxışdan cəlbedici olan bu təklifə aldanır, əlavə 100 manat götürür. Pensiyaçılar çox vaxt düşünmürlər ki, belə soyğunçu təklifi qəbul etməklə məsrəflərini və bankın gəlirlərini artırırlar.

100 manat bonus yalnız pensiya alanda deyil, hər zaman təklif olunur və pensiyaçılar pul çəkib tələyə düşür.

Bonus təklifindən pensiyaçıların 40 faizi istifadə etsə, bu, təxminən 500 min nəfər deməkdir. Beləliklə, “Kapital Bank” 500 min pensiyaçıdan ildə 36 milyon manat qazana bilər. Bu qədər insafsızlıq olarmı?”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Ən çox oxunanalar