Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əlavənin artımdan nə fərqi var? - Ayrı-seçkilik..

Prezident İlham Əliyevin 23 dekabr 2021-ci il fərmanları ilə müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar, xarici kəşfiyyat, təhlükəsizlik, sərhəd, miqrasiya, səfərbərlik və hərbi xidmətə çağırış, strateji obyektlərin mühafizəsi, gömrük sistemlərində hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin maaşlarına 20 faizlik əlavələr edilib. Yeniliklər 2022-ci il yanvarın 1-dən qüvvəyə minib.

Novator.az-ın məlumatına görə, iqtisadçı, siyasətçi Qubad İbadoğlu yazır ki, prezident fərmanlarında vəzifə maaşlarının artımının deyil, vəzifə maaşlarına əlavənin nəzərdə tutulması ayrı-seçkilik yaradır – müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar, xarici kəşfiyyat, təhlükəsizlik, sərhəd, miqrasiya, səfərbərlik və hərbi xidmətə çağırış, strateji obyektlərin mühafizəsi, gömrük sistemlərində çalışmış, hazırda ehtiyatda olanların pensiyası artmır: “Əslində işləyənin vəzifə maaşının artırılması ehtiyatda olanın da pensiyasının artımına gətirib çıxarmalıdır. Amma qanunvericilik məhz artırılmanı nəzərdə tutur, əlavə olunmanı deyil.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmisi deyir ki, dövlət başçısının 23 dekabr 2021-ci il fərmanları ilə hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin vəzifə maaşına 20 faiz məbləğində əlavə edilib, bu əlavə gələcəkdə həmin şəxslərin pensiyası hesablanarkən nəzərə alınacaq, hərbi qulluqçuların təminat xərcliyi artdığı halda onların pensiyalarında eyni artım baş verir, təminat xərcliyinə əlavə olunması onların pensiyalarında artımı şərtləndirmir.

Deməli, qulluğu davam etdirən hərbçilər və xüsusi rütbəlilər hakimiyyətə lazımdır deyə onların əmək haqlarına 20 faiz əlavə edilir, amma ehtiyatda olanlar hakimiyyətə daha gərək deyil, ona görə də onların sosial qayğısı nəzərə alınmır. Onlar hazırkı bahalıq dövründə indeksləşdirmə də şamil olunmayan əvvəlki məbləğdə pensiya ilə hər gün artan xərcləri qarşılamaq məcburiyyətindədirlər. Ayıbdır, çox ayıb!”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Ən çox oxunanalar