Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Arutunyan Paşinyana qarşı çıxmaqla nəyə nail olmaq istəyir?..

Arutunyanın Paşinyana qarşı çıxmaqla daxili audutoriyanı sakitləşdirmək məqsədi güdür, yoxsa separatçılarla Yeravan arasında doğrudan fikir ayrılığını artıq gizlətmək mümkün deyil?..

Siyasi şərhçi: “Mən düşünürəm ki, bu münaqişədir və bu münaqişənin çoxlu səbəbləri var”.

“Paşinyan başa düşür ki, Qarabağ məsələsi öz həllini tapmayacaq. Yəni onların istədiyi kimi Qarabağ ermənistanın tərkib hissəsi olmayacaq”.

Bu sözləri siyasi şərhçi Ərəstun Oruclu Ermənistanda Arutunyanın Paşinyana qarşı çıxmasının səbəblərini PİA.az-a şərh edərkən qeyd eeib.

Qarabağdakı erməni separatçıları lideri Araik Arutunyan Paşinyanın son açıqlamalarına reaksiya verərək bildirib ki, güzəştlərlə bağlı ancaq “Artsağ xalqı” və onun hakimiyyəti qərar verə bilər: “Nikol Paşinyanın dekabrın 24-də verdiyi açıqlamada Dağlıq Qarabağın yekun statusunun Azərbaycanın konstitusiyasına uyğun dəqiqləşdirilməsi fikrini qətiyyən qəbul etmirik. Bu barədə yalnızca “Artsax” xalqı qərar verə bilər. Qətiyyən Azərbaycanın bir parçası olmayacağıq. Buna da bizim yerimizə başqası (Paşinyan nəzərdə tutulur) qərar verə bilməz”, deyə Arutunyan qeyd edib.

Arutunyana Öaşinyanın cavabı isə çox da gecikməyib. Ermənistanın Baş naziri bu gün sosial şəbəkədə separatçıların liderinə cavab verib: “Özümdən əvvəlki hakimiyyətin “Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq və yalnız erməni olmalıdır” ifadəsi ilə heç vaxt razılaşmamışam.

Dağlıq Qarabağ Muxtar Vilayəti danışıqlar prosesində heç vaxt sırf erməni birliyi kimi nəzərə alınmayıb. Danışıqların məzmunundan aydın görünürdü ki, DQMV-də erməni və azərbaycanlı əhali yaşayır. Aydındır ki, Qarabağdakı hakimiyyət də tam erməni ola bilməz.

1993-cü ildə BMT Təhlükəsizlik Şurası Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb”.

Fikrini inkişaf etdirən Ermənistanın Baş naziri həmçinin artıq ölkəsinin Qarabağın statusu məsələsinə qarışmayacağı eyhamını da vurub: “İndi deyirlər ki, “Artsax”ın gələcəyi ilə bağlı ancaq “Artsax” xalqı qərar verə bilər. Bununla bağlı kim mübahisə edir ki? Mən 2018-ci ildə hakimiyyətə gələndən sonra bu mənim əsas tezislərimdən biri olub.”

Əslində bu günkü bəyanatı ilə Ermənistanın Baş naziri bir da status məsələsinin bağlandığını və Ermənistanın bu məsələ ilə məşğul olmayacağını dilə gətirib.

Bəs dünənə qədər Paşinyanın arxasınca sürünən Arutunyanın öz şefinə qarşı çıxmasını necə dəyərləndimək olar? Arutunyanın Paşinyana qarşı çıxmaqla daxili audutoriyanı sakitləşdirmək məqsədi güdür, yoxsa separatçılarla Yeravan arasında doğrudan fikir ayrılığını artıq gizlətmək mümkün deyil? Digər tərəfdən özlərinin ifadə etdikləri kimi “ana Ermənistan”a qarşı çıxmaqla separatçılar nəyə ümid edə bilərlər?

Mövzunu PİA.az-ın əməkdaşı siyasi şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Ola bilsin Rusiya Qarabağ seperatçılarına hansısa formada, məsələn Abxaziya, Osetiyadakı kimi guya müstəqil dövlət olaraq tanınma vədinə verib”.

Qarabağ məsələsinin Ermənistan üçün ağır bir yük olduğunu qeyd edən siyasi şərhçi PİA.az-a açıqlamasında əlavə edib ki, bu yükün altında əzilən beynəlxalq hüquqa qarşı çıxdığına görə haqsız tərəf olaraq görünür və bu faktor da Ermənistanın faktiki olaraq dövlətçiliyi üçün təhlükəyə çevrilib. Buna görə də öz sələflərindən fərqli olaraq Paşinyan bu yükü Ermənistanın üstündən atmağa çalışır:

“Mən düşünürəm ki, bu münaqişə ilə bağlı Ermənistanın indiki hakimiyyətinin sərgilədiyi mövqeyinin ortaya çıxmasının çoxlu səbəbləri var. Səbəblərdən biri budur ki, Paşinyan rusiyapərəst deyil. Qarabağdakı seperatçıların rəhbərləri isə təbii ki, rusiyapərəstdir. Nəzərə alsaq ki, Xankəndində Rusiya qoşunları var, o halda onlar rusiyapərəst olmaya bilməzlər və Xankəndinin də idarəsi tamamilə rusların əlindədir. Qarabağda yaşayan ermənlərin iki yolu var. Ya Qarabağı tərk etməlidirlər, ya da qalıb Rusiyaya xidmət etməlidirlər.

İkinci səbəb budur ki, Paşinyan başa düşür ki, Qarabağın staus məsələsi öz həllini tapmayacaq və bu problem daha bir neçə on illik boyu Ermənistana yük olduğu kimi, Yeravanı küncə sıxışdıracaq. Yəni onların istədiyi kimi Qarabağ Ermənistanın tərkib hissəsi olmayacaq. Paşinyan Ermənistan üçün ağır yük olan bu münaqişəni bir kənara qoymaq və xalqının normal şərtlər altında yaşamasını təmin etmək istəyir.

Ərəstun Oruclu: “Rusiya istəyir ki, Qarbağ məsələsini həm Azərbaycandan, həm də Ermənistandan alıb özü idarə etsin və burdakı varlığını ErmənistanAzərbaycanın istəklərinə görə deyil, öz maraqlarına uyğun şəkildə uzun müddət yürüdə bilsin”.

Bu yükün altında əzilən Ermənistan beynəlxalq hüquqa qarşı çıxdığına görə haqsız tərəf görünür və bu faktor da Ermənistanın faktiki olaraq dövlətçiliyi üçün təhlükəyə çevrilib. Buna görə də öz sələflərindən fərqli olaraq Paşinyan bu yükü Ermənistanın üstündən atmağa çalışır. Bu yük uzun illərdir ki, Ermənistanın boynunda qalıb və bu üzdən də qonşuları ilə normal münasibət qura bilməyən Ermənistan bir dövlət kimi özünü təsdiq edə bilmir. Buna görə də Ermənistanın Baş naziri bu bəyanatı verib.

Üçüncü səbəb isə odur ki, ola bilsin, Rusiya Qarabağ seperatçılarına hansısa formada, məsələn Abxaziya, Osetiyadakı kimi guya müstəqil dövlət olaraq tanınma vədinə verib. Həmçinin Rusiya Qarabağ seperatçılarına himayə vədini verib. Bu da tamamilə mümkündür. Rusiya istəyir ki, Qarbağ məsələsini həm Azərbaycandan, həm də Ermənistandan alıb özü idarə etsin və burdakı varlığını ErmənistanAzərbaycanın istəklərinə görə deyil, öz maraqlarına uyğun şəkildə uzun müddət yürüdə bilsin. Bununla da Rusiya hər iki ölkəyə təsir göstərmək istəyir. Məncə üçüncü səbəb daha inandırıcıdır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar