Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İslam İnkişaf Bankının Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin olunub

İslam İnkişaf Bankının (IsDB) Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin olunub.

“Report”un əldə etdiyi məlumata görə, bu vəzifə Lalə Yusifovaya həvalə edilib.

L.Yusifova bu təyinata qədər Birləşmiş Millətlər Təşkilatında layihə meneceri vəzifəsində çalışıb.

Qeyd edək ki, IsDB-nin keçmiş ölkə meneceri Tamerlan Tağıyev bir müddət əvvəl vəzifəsindən ayrılaraq İqtisadiyyat Nazirliyi tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru vəzifəsinə təyin olunub.

Xatırladaq ki, Azərbaycan IsDB-yə 1992-ci ildə üzv olub. Hazırda ölkəmizin Bankda üzvlük kapitalı 50,8 milyon İslam dinarı təşkil edir. Bu da IsDB-inin ümumi kapitalın 0,1 %-i deməkdir.

IsDB-inin də daxil olduğu İslam İnkişaf Qrupu (IDG) bu vaxta qədər Azərbaycana 1,179 milyard ABŞ dolları vəsait ayırıb. Həmin vəsaitin 956 milyon ABŞ dolları IsDB-nin, 83 milyon ABŞ dolları Beynəlxalq İslam Ticarətin Maliyyələşməsi Korporasiyasının (IITFC), 120,4 milyon ABŞ dolları Özəl sektorun maliyyələşməsi üzrə İslam İnkişaf Korporasiyası, 194 milyon ABŞ dolları isə digər mənbələrdən ayrılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Bakıda qadın sevgilisi və qonşusunu bıçaqlayıb

Gənc şairin ilk kitabı - "Qırmızıdan bənövşəyiyə"

Ən çox oxunanalar