Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin rejissorla mübahisə etdi: "Siz bu ölkədə Yuqoslaviyanın təkrar olunmasını istəyirsiniz?"

Rusiya prezidenti Vladimir Putin bu gün vətəndaş cəmiyyətinin inkişafı və insan haqları üzrə Şuranın videokonfrans rejimində keçirilən iclası zamanı həmin Şuranın üzvü, rejissor Aleksandr Sokurovla mübahisə edib.

virtualaz.org xəbər verir ki, buna səbəb rejissorun Rusiyanın problemləri, onun ərazisindəki millətlərarası münaqişələr, ərazi iddiaları və ölkə ərazisində yaşayan xalqların taleyi barədə problemləri qaldırması olub. Sokurov çıxışında bildirib ki, prezident Rusiyanın tərkibində yaşamaq istəməyənlərə də diqqət yetirməlidir.

Putin isə rejissorun çıxışına sərt reaksiya verib, onun dediklərini “qorxulardan ibarət manifest” adlandırıb. “Bəs siz hardan bilirsiniz ki, kim bizimlə yaşamaq istəyir, kim istəmir? Siz bizim ərazimizdə Yuqoslaviyanın təkrarlanmasını istəyirsiniz?”, - Putin Sokurova bildirib.

Prezident əlavə edib ki, rejissorun şəxsiyyətinə hörmətlə yanaşır, amma o səsləndirdiyi məlumatları yoxlamalı idi. Çünki həmin mövzuda səthi danışmaq, üstəlik bütün ölkənin qarşısında, yolverilməzdir.

“90-cı illərin qanlı dövrü göstərdi ki, bütün bunlar nə ilə nəticələnə bilər. Sizi əmin edirəm ki, bu təhlükəli oyuncaqdır. Biz bu təhlükəli xətti keçmək üçün çox iş görmüşük. Bizi geriyə itələmək lazım deyil. Bəyəm rus xalqı Rusiya Federasiyasının parçalanmasında və dağılmasında maraqlıdır? Bəyəm belə olsa Rusiya qalacaq? Siz bizi Moskva vilayətinə çevirmək istəyirsiniz?”, - Putin bildirib.

Cavabında Sokurov deyib ki, məqsədi sadəcə olaraq problemlərə diqqət yetirmək idi. Putin isə bildirib ki, heç kim buna qarşı deyil, amma bütün bunları danışmazdan əvvəl yaxşı düşünmək lazım idi.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

Özbəkistan və Almaniya miqrasiya sahəsində saziş imzalayıblar

"Öləndən sonra gətirilən gülü atın zibilliyə" - Foto

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Ən çox oxunanalar