Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Standartlaşdırma İnstitutunun departament direktorunun müavini rüşvətə görə həbs edilib

"Azərbaycan Standartlaşdırma İnstitutu"nun Uyğunluğun qiymətləndirilməsi departamentinin direktor müavini vəzifəsində işləmiş Rafiq Əzizov həbs edilib.

PİA.az xəbər verir ki, R. Əzizov rüşvət almaqda ittiham edilir.

Onun barəsində aparılan ibtidai istintaq başa çatdırılıb. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Siyavuş Hacıyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası noyabrın 23-ə təyin edilib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, qurumun tabeliyində olan qurumların fəaliyyətinin şəffaflaşdırılması istiqamətində mütəmadi olaraq kompleks tədbirlər həyata keçirir: “Bu tədbirlər çərçivəsində "Azərbaycan Standartlaşdırma İnstitutu" Publik hüquqi şəxsdə aparılan daxili yoxlamalar zamanı İnstitutun Uyğunluğun qiymətləndirilməsi departamentinin direktor müavini vəzifəsində işləmiş Rafiq Əzizovun fəaliyyətində aşkar olunan pozuntulara dair materiallar 2021-ci ilin mart ayında hüquqi qiymətin verilməsi üçün prokurorluq orqanlarına (Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə) göndərilib”. (APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

Prokurorluq əməkdaşı ağır qəzasında həyayını itirib

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Şamaxıda III Üzüm və Şərab Festivalına start verilib    

Abşeron rayonunda “Bilik günü” şəhid övladları ilə birgə qeyd edilib

Ən çox oxunanalar