Gəncə şəhərində intihara cəhd hadisəsi qeydə alınıb.
"Kriminalqafqaz" xəbər verir ki, 1977-ci il təvəllüdlü şəhər sakini Elbrus Məmmədzadə üzərinə benzin tökərək özünü yandırmaq istəyib. Hadisəni törədərkən onun sərxoş olduğu bildirilir.
İlkin məlumata görə, E.Məmmədzadə hazırda xəstəxanadadır, vəziyyəti normaldır.
pia.az