Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hazırkı status-kvo daha çox kimə sərfəlidir? - Moskvaya, yoxsa Bakıya...

Qarabağ Azərbaycan-Ermənista­n problemindən çıxaraq Azərbaycan-Rusiya probleminə çevrilib?..

Siyasi şərhçi: “İndiki vəziyyət müharibəyədək olan vəziyyətdən daha təhlükəlidir”.

“Bu bir il müddətində biz Rusiya sülhməramlıların fəaliyyətində separatçıların ruhlandırılmasının, o cümlədən həmin ərazidə yeni hərbi və mülki infrastrukturun yaradılmasının, hətta separatçılara hərbi təlimlərin keçirilməsinin və zaman-zaman Azərbaycanın ünvanına təhdidlərin səsləndirilməsinin şahidi olduq”.

Bu sözləri siyasi şərhçi Ərəstun Oruclu Azərbaycan, RusiyaErmənistan arasında imzalanmış üçtərəfli atəşkəs bəyanatının bir ilini PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycan, RusiyaErmənistan arasında ötən il noyabrın 10-da imzalanmış üçtərəfli atəşkəs bəyanatından bir il ötür. Bu sənəd əsasında Rusiya mandatsız da olsa Qarabağın dağlıq hissəsində nəzarəti tam əlinə alıb.

Ümumilikdə bir ildən sonra Azərbaycan ordusunun zəfər salnaməsinə çevrilən 44 günlük müharibəni dayandıran bu sənədi necə dəyərləndirmək olar və hazırkı status-kvo daha çox kimin üçün əlverişlidir? Həmçinin Azərbaycanın Qarabağın dağlıq hissəsində öz süverenliyini bərpa etdə bilməməsi fonunda rusiya separatçıların toplaşdığı bölgəyə tamamilə hakimdir. Bu durumda demək olarmı ki, Qarabağ artıq Azərbaycan-Ermənista­­­n problemindən çıxaraq Azərbaycan-Rusiya probleminə çevrilib?

Mövzunu PİA.az-ın əməkdaşı siyasi şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Əslində Ermənistan rəhbərliyi Rusiya ordusunun Qarabağda həmişəlik qalmasının tərəfdarı olduğunu bəyan etməklə açıq şəkildə bildirdi ki, bu ərazi artıq Yeravana aid deyil”.

İndiki status-kvonun əvvəlkindən daha mürəkkəb situasiya yaratdığını düşünən siyasi şərhçi PİA.az-a bildirib ki, indiki vəziyyət müharibəyədək olan vəziyyətdən daha təhlükəlidir:

“Mən ilk gündən üçtərəfli bəyanatın imzalanmasına tənqidi yanaşmışam. Üçtərəfli bəyanatın şərtlərinin Azərbaycan üçün əlverişli olmadığını demişəm. Təəssüf ki, arxada qalan bir il də ən pis ehtimalları, ən pis proqnozları doğrultdu. Belə ki, Qarabağın böyük bir hissəsi erməni işğalından azad olunsa da, hələ də işğal altında olan ərazilərdə Rusiya hökmranlığı bərqərar olunub.

Deyərdim ki, indiki vəziyyət müharibəyədək olan vəziyyətdən daha təhlükəlidir. Çünki Ermənistan Rusiyadan daha zəif rəqib idi və Azərbaycan Ermənistanı vurub kənara ata bilərdi. Necə ki, Azərbaycan bunu 44 gün müddətində etdi və sadacə bir neçə gün lazım idi ki, münaqişə tamamilə kökündən həll edilsin. Lakin Rusiya buna imkan vermədi və yaranmış vəziyyətdən tamamilə öz geosiyasi maraqları üçün istifadə etdi.

İndi separatçılar tamamilə Moskvanın nəzarəti altındadır və hamı da bilir ki, Ermənistanla müqayisədə Rusiya ilə vəziyyət daha mürəkkəbdir. Demək olar ki, artıq Qarabağın dağlıq hissəsində, ermənilərin yaşadığı ərazilər Azərbaycan-Ermənista­n probleminin müstəvisindən çıxaraq Azərbaycan-Rusiya müstəvisinə keçib. Əvvəl də dediyim kimi bu vəziyyət bizim üçün daha təhlükəlidir. Ortada Rusiyanın sülhməramlı olaraq fəaliyyətdə olduğu və fəlakətli sonluqla bitəən Gürcüstan nümunəsi var və Kremldən verilən bir əmrlə sabah hər şey Qarabağda Azərbaycanın əleyhinə çevrilə bilər. Biz bunu heç vaxt unutmamlıyıq.

Fakt budur ki, artıq Rusiya Qarabağın dağlıq hissəsinə sülhməramlı adı altında silahlı qüvvələr yerləşdirib. Biz bilirik ki, Rusiya Qarabağda sülhməramlı missiyasından başqa hər şeylə məşğuldur. Bura separatçıların yenidən silahlandırılması, onlara təlim keçilməsi də aiddir. Bu bir il müddətində biz Rusiya sülhməramlıların fəaliyyətində separatçıların ruhlandırılmasının, o cümlədən həmin ərazidə yeni hərbi və mülki infrastrukturun yaradılmasının, hətta separatçılara hərbi təlimlərin keçirilməsinin və zaman-zaman Azərbaycanın ünvanına təhdidlərin səsləndirilməsinin şahidi olduq.

Əslində Ermənistan rəhbərliyi Rusiya ordusunun Qarabağda həmişəlik qalmasının tərəfdarı olduğunu bəyan etməklə açıq şəkildə bildirdi ki, bu ərazi artıq Yeravana aid deyil. Bu problem artıq Azərbaycanın və Rusiyanın problemidir.

Ərəstun Oruclu: “Hələlik Azərbaycan Rusiyanın öz ərazisindəki dəhlizlərdən, kommunikasiyalardan istifadəsinə maksimum imkan yaratmır. Amma Rusiya Azərbaycana təzyiqini davam etdirir və etdirəcək də”.

Buna görə də mən düşünürəm ki, bizim indiki status-kvo əvvəlkindən daha mürəkkəb situasiyadır. Buna görə də hesab edirəm ki, Azərbaycan rəhbərliyi daha kəskin qətiyyət nümayiş etdirməlidir. Bu qətiyyət həm diplomatik cəbhədə, həm də hərbi cəbhədə özünü göstərməlidir. Əlbəttə ki, Azərbaycan rəhbərliyi bir müharibəni bitirmək üçün bir neçə gün polad qətiyyət nümayiş etdirməliydi. Söhbət 44 günlük müharibəyə 1-2 gün də əlavə edərək Xankəndinin və Laçın dəhlizinin nəzarətə götürülməsindən gedir. İndi Laçın dəhlizi kimi mühum bir kommunikasiya xətti rus qoşunlarının nəzarətindədir. Bu dəhliz separatçılar üçün həyat mənbəyidir və bu dəhlizdə Azərbaycan ordusunun nəzarətinin təmin edilməsi həyati əhəmiyyət daşıyır. Hətta Bu gün Kəlbəcərin bir hissəsi, Laçın rayonunun bir neçə kəndi rus ordusunun nəzarətindədir.

Əlbəttə ki, bu şəraitdə yeni bir strategiya işlənməlidir. Hələlik Azərbaycan Rusiyanın öz ərazisindəki dəhlizlərdən, kommunikasiyalardan istifadəsinə maksimum imkan yaratmır. Amma Rusiya Azərbaycana təzyiqini davam etdirir və etdirəcək də. Çünki Rusiyanın təzyiq etmək üçün Azərbaycan ərazisində silahlı qüvvələri var. Təəssüflə bunu qeyd edirəm ki, gələcək perespektivi çox da optimist görünmür və hesab edirəm ki, Rusiya bütün resurslarından istifadə edərək Azərbaycan-Ermənista­n münaqişəsini imkanı çatdığı qədər uzadacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Azərbaycanın Tehrandakı səfirliyinin yeni inzibati binası istifadəyə verilib

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ən çox oxunanalar