Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq şöbə müdiri: "Tələbənin atasının 4 min manatını Nurlana Əliyevaya verdim"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

PİA.az xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda şahid qismində İsmət Nəzərov ifadə verib.

O bildirib ki, oğlu BSU-da ikinci təhsil alıb: “Buna görə üç il ərzində universitet məndən 5 min manat pul istədi. Sonradan isə həmin məbləğ 4 min manata endirildi. Ödəniş üçün Dürdanə Əliyeva ilə görüşdüm. Mənə dedi ki, 4 min manatı ona verməliyəm. Eyni zamanda o, qızımın universitetdəki qayıblarına da kömək edəcəyinə söz verdi. Qızım hazırda universitetin üçüncü kursunda oxuyur, ora 1 100 manat borcu var”.

Şahidin ifadəsinə münasibət bildirən D.Əliyeva qeyd edib ki, aldığı 4 min manat pulun hamısını universitetin sabiq rektoru Nurlana Əliyevaya verib.

Daha sonra digər şahid Mehman Nəcəfov dindirilib. O, təqsirləndirilən şəxsə təhsil ödənişi üçün 1 000 manat pul verdiyini söyləyib: "Təhsil ödənişi üçün ümumilikdə 2 min 200 manat pul ödəməli idim. Dürdanə Əliyeva mənə bildirdi ki, ilkin ödəniş kimi 1 000 manat pulu ona verməliyəm. Həmin 1 000 manatı ona verdim, digər 1 200 manatı isə ödəmə terminalı ilə ödədim. Sonradan məlum oldu ki, nə 1 000 manat, nə də ödəmə terminalı ilə ödədiyim pul universitetin kassasına daxil olub”.

Şahid Ülviyyə İsmayılova dindirilən zaman deyib ki, 2020-ci ildə BSU-da ikinci təhsil almaq üçün D.Əliyevaya 2 min manat pul verib: "Dürdanə Əliyeva mənə bildirdi ki, təhsil 3 il olacaq, ödənişi isə illik 2 min manatdır. Həmin pulu ona ödəməyimi istədi. Mən də pulu ödədim. Dekabr ayında universitetdən mənə zəng edib ödəniş haqqını ödəməyimi söylədilər. Hələ də universitetə ödəniş etməmişəm, borcum var”.

Şahid məhkəmədən heç bir tələbinin olmadığını bildirib.

Proses noyabrın 15-də davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent D.Əliyeva barəsində araşdırma aparılıb.

D.Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb. (Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Bakıda üzünə dolğu etdirən qadının çənəsi əyildi - Foto

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan Premyer Liqası: "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

"Formula 1": Azərbaycan Qran-prisində maraqlı statistik göstəricilər qeydə alınıb

Ən çox oxunanalar