Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bakcell" Qarabağ Dirçəliş Fondunun "Qızıl" İanə sertifikatı ilə təltif edilib

“Bakcell” şirkəti Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, regionun dayanıqlı iqtisadi inkişafı və rifahına, eyni zamanda ekoloji tarazlığının bərpa olunması istiqamətində aparılan işlərə dəstək verdiyi üçün Qarbağ Dirçəliş Fondu tərəfindən “Qızıl” İanə sertifikatı ilə təltif olunub.

“Qızıl” İanə Sertifikatı Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev tərəfindən “Bakcell”in baş icraçı direktoru Rainer Rathgeberə təqdim edilib. Qeyd edək ki, “Bakcell” şirkəti Qarabağ Dirçəliş Fonduna 1,4 milyon manat məbləğində vəsait köçürüb. “Bakcell” şirkətinin də daxil olduğu “NEQSOL Holding”in tərkibində olan şirkətlər tərəfindən bu fonda ümumilikdə ianə edilmiş məbləğ 2 milyon AZN təşkil edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə yaradılmış Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

“Bakcell” eyni zamanda işğaldan azad olunmuş ərazilərdə mobil rabitə şəbəkəsinin qurulmasını həyata keçirməklə Qarabağda bərpa işlərinə öz töhfəsini verir. Şirkətin baza stansiyaları artıq Şuşada və Cıdır düzündə, Cəbrayıl rayonunda, Hadrut qəsəbəsi də daxil olmaqla Xocavənddə quraşdırılıb. “Bakcell” Qarabağda şəbəkənin əhatə dairəsinin genişləndirilməsi və yüksək keyfiyyətli xidmətlərin təmin edilməsinə yönəlmiş genişmiqyaslı işlər aparır.

“Bakcell” özünün Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində müxtəlif sosial layihə və təşəbbüslərinin həyata keçirilməsini davam etdirəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Bakıda qadın sevgilisi və qonşusunu bıçaqlayıb

Gənc şairin ilk kitabı - "Qırmızıdan bənövşəyiyə"

Ən çox oxunanalar