Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əgər smartfon vasitəsi ilə sizi izləmək istəsələr...

Smartfonda ehtiyac olmadığı təqdirdə belə geolokasiyanı söndürməyə dəyməz.

Bu barədə Rusiyada “Content-Review” layihəsinin rəhbəri Sergey Polovnikov bildirib.

Onun sözlərinə görə, bu xüsusiyyət standart olaraq əksər cihazlarda aktivdir. Çox vaxt GPS - peyk naviqasiya sistemi ilə təmin edilir. Bəzi mütəxəssislər, ehtiyac olmadıqda geolokasiyanı söndürməyin telefonun şarjının qənaətinə kömək etdiyini və müxtəlif tətbiqlərin smartfon sahibinin yerini izləməsinin qarşısını aldığını düşünür. Ancaq Polovnikov belə hesab etmədiyini bildirib.

“Bu gün geolokasiya modulu əraziyə istinadən bizə məlumat göndərən əksər tətbiqlərin düzgün işləməsi üçün açardır. Başa düşməliyik ki, kimsə izləmək istəsə, GPS söndürüldükdə belə bunun bacarır; trianqulyasiya texnologiyası - yəni baza stansiyalarından gələn siqnal mənbələri ilə yeriniz təyin edilir. Məlumatlarınızın izlənilməməsi baxımından GPS-in açıq ya bağlı olmasının heç bir mənası yoxdur”, - deyə o qeyd edib.

Mütəxəssis əlavə edib ki, geolokasiya funksiyasının smartfonun batareyasına təsiri həqiqətən də var, amma əhəmiyyətsiz dərəcədədir.

Bəzi insanlar GPS -in aktiv olmasını internet trafiki boşa xərclədiyini düşünürlər. Ekspert əmin edib ki, bu belə deyil.

“Xeyr, GPS heç bir internet-trafiki sərf etmir. Üstəlik, şəbəkədən ayrılsa belə işləməyə davam edir, hətta SİM kartı çıxara bilərsiniz, bununla belə GPS işləməyə davam edəcək və xəritələri oflayn rejimdə işləmək üçün yükləmisinizsə, eyni naviqatordan istifadə edə bilərsiniz, heç bir problem yoxdur”, - deyə Polovnikov bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar