Cümə axşamı, 12 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

44 günlük Vətən müharibəsinin xronikası: 6 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

PİA.az Vətən müharibəsinin xronikasını təqdim edir.

Prezident İlham Əliyev oktyabrın 6-da Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibə verib. Dövlətimizin başçısının müsahibəsi bu gün “Pervıy Kanal” televiziyasında yayımlanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Nazirliyi xəbər verir ki, Azərbaycan Ordusunun dəqiq atəş zərbəsi nəticəsində Ballıca məntəqəsində yerləşən mərkəzi silah-sursat anbarı məhv edilib. Cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Ermənistan ordusuna məxsus 2 ədəd BM-21 “Qrad”ı, D-20 artilleriya qurğuları və onların heyətləri də bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

– Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Nazirlər Kabinetinin iclasından sonra bildirib ki, Hər bir hörmət edilən dövlətin vəzifəsi Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi uğrunda apardığı mübarizəni dəstəkləməkdir.

Müdafiə Nazirliyi işğaldan azad edilmiş Cəbrayıl rayonunun Çaxırlı kəndinin görüntülərini yayıb.

Müdafiə Nazirliyi ələ keçirilən düşmən qənimətlərinin videogörüntülərini yayıb.

Ermənistanın Ağdama atdığı mərmi nəticəsində FHN əməkdaşı xəsarət alıb

Milli Məclis bir neçə gün öncə Azərbaycan Ordusu tərəfindən erməni işğalından azad edilən Madagiz kəndinin Suqovuşan adlandırılmasını təsdiq edib.

– Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xüsusi xidməti müşavirədə deyib ki, düşmən tərəfindən “İsgəndər” raket kompleksləri tətbiq olunacağı halda adekvat tədbir görüləcək.

– DTX ölkəmiz əleyhinə hərbi əməliyyatlarda iştirak edən terrorçuların radio danışıqlarını ələ keçirib.

Ermənistan tərəfdən vuruşan daha iki muzdlu-terrorçu məhv edilib.

Ermənistan Silahlı Qüvvələri Yevlax, GoranboyBeyləqan rayonlarını atəşə tutub.

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələrinin ələ keçirdiyi düşmənə məxsus zirehli texnikaların videogörüntüləri yayılıb.

– Düşmənin Ballıca məntəqəsindəki silah-sursat anbarı heyətlə birlikdə dağıdılıb. Azərbaycan Ordusunun əks-hücumu qarşısında tab gətirə bilməyən ermənilər döyüş mövqelərini tərk edərək qaçıb.

- Azərbaycan Müdafiə Nazirliyi ələ keçirilən düşmən postu və qənimətlərin yeni görüntülərini yayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda tələbə yataqxanalarının qiyməti - Siyahı

Natiq Miri: Məsud Pezeşkian vaxtından əvvəl istefa verə bilər...

“Zəngəzur dəhlizi”nin “3+3” formatı çərçivəsində müzakirəsi Tehrana nə verəcək?

Rusiya və İranın probleminə çevrilən “Zəngəzur dəhlizi”... - Ermənistan niyə susur?

Azərbaycan XİN Avropa İttifaqının qərəzli və ədalətsiz bəyanatına cavab verib

"Formula 1"də iştirak edən Fransa komandası etiraz aksiyası keçirəcək

Bu ölkə Türkiyəyə sanksiyanı aradan qaldırdı

Bakıda avtomobil marketə çırpılıb, yaralananlar var - Video, Yenilənib

Qardaşların yarım milyardlıq cinayəti - “Bentley”lər, qayıqlar, villalar...

Ən çox oxunanalar