Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağda erməni diasporunun pulları necə oğurlanır? - Detallar

Ağdərə rayonunun Vəng kəndində anadan olan tanınmış moskvalı xeyriyyəçi, iş adamı Levon Ayrapetyan Qarabağın işğalı zamanı çoxsaylı xeyriyyə aksiyaları keçirib.
 
Bizim.Media xəbər verir ki, bu haqda erməni mətbuatı yazıb. Sonradan məlum olub ki, iş adamının ayırdığı vəsaitin böyük hissəsi separatçıların bandit rejimi tərəfindən mənimsənilib.
 
Qalmaqal yüksək rezonans doğurub. Dələduzluqda günahlandırılan Ayrapetyanın Rusiyadakı işi də müzakirə obyekti olub. Rusiya məhkəməsi Ayrapetyanın rusiyalı keçmiş senatorun anasına 700 min dollar atdığını sübut edib.
 
Mordoviya həbsxanasında ölən dələduz bu pulun bir hissəsini xeyriyyə məqsədi ilə Qarabağ separatçılarına göndərib. Lakin separatçılar Ayrapetyanın özünü aldadıb.
 
Məhkum xeyriyyəçi ölümünə qədər separatçıların oğurladığı pulu qaytarmağa çalışıb. Amma xeyirxah missiyasını başa vurmağa vaxt tapmayıb və ölüb. Fırıldaqçı xeyriyyəçinin “işini” qızı davam etdirib.
 
Erməni KİV-lərinin xəbər verdiyi kimi, Ayrapetyanın qızı saxta xeyriyyəçinin bir vaxta qədər onlarla müxtəlif tikinti texnikası alaraq Vənk kəndinə təhvil verdiyini bildirib. 2020-ci ildə texnikanın Ağdərədə müvəqqəti yaşayan Edgar Arutyunyan və Andrey Sarkisyan tərəfindən mənimsənildiyi ortaya çıxıb. Bu insanlar texnikaları şəxsi ehtiyacları üçün istifadə ediblər və geri qaytarmaqdan imtina ediblər.
 
İndi qız Ermənistan hakimiyyətindən müdaxilə etməsini və mənimsənilən texnikanın geri qaytarılmasını xahiş edir. Ancaq Rusiyanın Qarabağdakı məsuliyyət bölgəsindəki erməni separatçılarının liderləri Ağdərədəki quldur ünsürləri ilə mübarizə aparmağa tələsmirlər. Çünki bu zonada qarşılıqlı zəmanət sistemi mövcuddur və erməni jurnalistlərin araşdırmalarından sonra məlum olduğu kimi, investisiyaların cəlb edilməsi üçün yırtıcı sxemin arxasında separatçıların liderləri, xüsusən keçmiş “prezident” Bako Saakyan dayanıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Azərbaycanın Tehrandakı səfirliyinin yeni inzibati binası istifadəyə verilib

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Ən çox oxunanalar