Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Klinton Monika Levinskinin həyatını puç etməyini özünə bağışlaya bilmir...

Tamaşaçılar “Amerikanın cinayətlər tarixi” teleserialının növbəti epizodunu heç də prezident seçkilərindən az maraqla gözləmirdi. Hələlik cəmisi iki seriya nümayiş olunub - onlar ölkənin ən səs-küylü hadisələrindən bəhs edir.

Birinci seriya tanınmış futbolçu və aktyor O.Cey Simpson haqqındadır. O, keçmiş həyat yoldaşı Nikol Braun-Simpsonu və onun tanışı Ronald Qoldmanı qətlə yetirməkdə ittiham olunurdu. Bu tipli cinayətlər üçün ölüm hökmünün nəzərdə tutulduğu Kaliforniya ştatının tarixində ən uzun çəkən məhkəmə baxışı Simpsonun bəraətti ilə tamamlandı. Məhkəmə Amerikada irqi çalar daşıyan hökmlərin necə çıxarıldığının nümunəsinə çevrildi. Müdafiə tərəfi andlıları (12 nəfərdən 9-u qaradərili idi) ağ polislərin əlbirliyinin mövcudluğuna inandırmağı bacardı və Simpson qətlə yetirilən Qoldmanın ailəsinə 33,5 milyon dollar həcmində cərimə ödəməklə yaxasını qurtardı.

Cey Simpson 33.5 milyon dollara qətldən yaxasını qurtardı

İkinci seriya dünya şöhrətli kuturye Canni Versaçenin öldürülməsinə həsr olunub. Həmin gün, 1997-ci ilin 15 iyulunda ən böyük moda imperiyalarından birinin yaradıcısı Los-Ancelesin ən zəngin küçəsi olan Ouşen Drayvdakı dəbdəbəli malikanəsinə yollanır. Elə orada da - şəxsi villasının girişində onun ömrü sona çatır. O, mərmər pilləkənin beş pilləsini qalxır və açarı dəmir qapıdakı qıfıla salır. Bu vaxt axtarışda olan 27 yaşlı seriya qatil Endryu Kyunenen yaxından iki dəfə atəş açır və oğurluq nömrəli maşınla hadisə yerini tərk edir. Canni Versaçenin qətlindən 8 gün sonra Mayamidə, üzən evdə Endryu Kyunenenin cəsədi tapılır. Onun cinayətinin motivləri hələ də naməlum qalır.

Canni Versacinin qətlinin sirri

Əvvəlki seriyaların məzmununun ətraflı təsviri ABŞ-da sentyabrın 7-də nümayiş etdiriləcək üçüncü epizoddakı cinayətin xüsusi “ağırlığ”ını qabartmaq üçün lazım idi. Ancaq bu, qətl deyil, cinayətkarlar isə nə seriya qətllər törədən manyak, nə də Amerikanın toxunulmaz qaradərili vətəndaşıdır. Burada qəhrəmanlar ABŞ-ın keçmiş prezidenti Bill Klinton və Ağ evdə təcrübə keçən Monika Levinskidir. Hadisənin vaxtı - 1995-ci ilin noyabrından 1997-ci ilin martına qədər. Yer - Ağ ev, Oval kabinet və digər otaqlar. Cinayətin məzmunu - oral sekslə məşğul olmaq. Say - 9 dəfə.

Seriya “İmpiçment” adlanır, ancaq söhbət eks-prezidentin mənəvi qəbahətinin Konqresdə müzakirəsindən getmir. Məlum olduğu kimi, Nümayəndələr palatasındakı müzakirə impiçment qərarı ilə tamamlansa da, Senat öz həmkarlarını dəstəkləmədi. Diqqət mərkəzində Monika Levinskinin həyatıdır. O, seriyanın sadəcə məsləhətçisi deyil - «İmpiçment»də Klintonla intim münasibətlərin bütün tarixçəsi Levinskini sözləri ilə danışılır.

“Elə təəssürat yaranır ki, bizim mədəniyyətimiz 1998-ci ildə real personaja heç bir dəxli olmayan ikinci Monika Levinskini yaradıb, - yazıçı və serialın icraçı prodüseri Sara Burqes söyləyir. - Biz isə baş verənlərdən sonrakı bütün yaşantıları ilə birlikdə əsl Monikanı təqdim edirik və onun hazırda nə ilə məşğul olduğundan danışırıq”.

Klinton təəsüflənir ki, Ağ evdə təcrübə keçən gənc qızın həyatını korladı...

Klintonla münasibətlərin təfərrüatlarını - Levinskinin mavi paltarındakı, prezidentin “üzvi fəaliyyəti”nin nəticəsi olan ləkədən başlamış seksual oyun zamanı istifadə olunmuş siqara qədər - bütün dünya bilir. Monika 2015-ci ildə TED Talk teleşousunda bildirmişdi ki, “bir gecənin içində mən tamamilə fərdi insandan alçaldılan və məhv edilən birisinə çevrildim. Mən bir anda bütün nüfuzumu və hörmətimi itirdim”.

Ağ evdəki ilk gizli görüşlər zamanı Monika Levinskinin 21 yaşı vardı. O, amerikan barlarında spirtli içkilər almağa icazə verilən yaş həddinə yenicə qədəm qoymuşdu. Klinton isə həmin vaxt 49 yaşında idi. Monikanın sözlərinə görə, Klinton “planetin ən qüdrəti adamıydı, şöhrətinin və karyerasının zirvəsindəydi, mən isə kolleci bitirdikdən sonra ilk işimi əldə etmişdim”.

Həqiqətin təhrifinə qətiyyən yol verməmək məqsədilə Levinski yeni epizodun ssenarisinin mətni ilə əvvəlcədən tanış edilib. O da, prodüser Bred Simson da göstərməyə çalışırlar: Klintonla münasibətlər tamamilə qarşılıqlı istək əsasında olub, prezident qızı heç nəyə məcbur etməyib, Monika isə Klintona sadəcə dəlicəsinə vurulub.

Elə isə serialın müəlliflərinin fikrincə burada cinayət nədədir? Onda ki, Klinton hamının qarşısında və and içməklə Monika ilə əlaqəsini danıb? Ancaq bu barədə artıq ötən əsrin sonlarında Konqresdəki dinləmələrdə söhbət gedib.

Serial müəlliflərinin niyyətini anlamağa çalışsaq, cinayəti özü də istəmədən, gənc qızı bu sınaqlardan keçməyə məcbur etməklə və dəhşətli təzyiqə məruz qoymaqla bütün Amerika törədib. “Hillary” sənədli filmində Bill Klinton üstüörtülü şəkildə Levinskidən üzr istəyir. “Mən özümü olduqca pis hiss edirəm ki, onun həyatını BU müəyyən etdi, ona münasibət ədalətsiz oldu, - Klinton deyir. - İllər ərzində onun normal həyata qayıdışını müşahidə etdim, ancaq onun üçün normal həyatın nə demək olduğunu heç kim bilmir”.

Həyata dönüş isə bunlardan ibarətdir: 1999-cu ildə Levinskinin qadın çantalarının istehsalı üzrə öz xətti yaranır, sonra o, çəkinin azalması sahəsində Jenny Craig adlı şirkətin nümayəndəsi olur, bir neçə dəfə müxtəlif tok-şoulara dəvət alır. Vaşinqtonda çox tanındığından əhalisi sıx olan Nyu-Yorka köçür. Ancaq orada da kütlənin arasında itə bilmir. Onu küçədə kişilər təqib və təhdid edir. Tabloidlar onun fotoqrafiyalarını birinci səhifələrində “Monika kartof çipsləri (yengəc kotletləri və sair) yeyir” başlığı ilə çap etməkdən yorulmayaraq onun köklüyünə eyham vururlar.

Levinski isə heç nəyə görə təəsüflənmir...

Levinski bunlardan yalnız 2005-ci ildə Londona köçməklə yaxa qurtarır və London School of Economics-ə qəbul olaraq oranı elmlər magistri dərəcəsiylə bitirir. O, son beş ildə bullinqin - bir şəxsin digər şəxslər tərəfindən təhdidə məruz qalmasının - ziyanı haqqında mühazirələr oxuyur və “Amazon” şirkətinin banisi Cef Bezosun keçmiş həyat yoldaşı MakKenzi Bezosun əsasını qoyduğu anti-bulling mərkəzi ilə əməkdaşlıq edir.

İndiki serial isə onun insanları bullinqdən qorumaq mövzusunda yeni çıxışı sayıla bilər. Və film mass-medianın və amerikan mədəniyyətinin Monikanın həyatında oynadığı rolla bağlı sual qoyur. “Hamımız onun qarşısında üzr istəməliyik”, - Vogue jurnalının səhifələrində tanınmış yazıçı Molli Yonq-Fast yazır.

48 yaşlı Monika Levinski isə qurbanlıq təəssüratı yaratmır. O, çox yaxşı görünür. Klinton cütlüyünə acıqlı deyil və 2016-cı ilin seçkilərində Hillariyə səs verib.

Bəs Amerikanın keçmiş birinci ailəsi nə edir? “İmpiçment”in təqdimatına bir neçə gün qalmış telejurnalistlər Bill və Hillarini Nyu-York ştatının şərqində yerləşən Hemptons qəsəbəsində tapır.

Onlar bir-birindən aralı çimərliklə gedir, çox tənha, yaşlaşmış və bəxtsiz adam təsiri bağışlayırlar. Hillarini tanımaq belə çətindir. Baxanda inanmaq olmur ki, o, cəmisi beş il əvvəl Amerikanın 45-ci prezidenti ola bilərdi.

Müəllif: Yevgeniy Bay (haqqin.az saytının yazarı)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Ən çox oxunanalar