Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

XİN hara, "Yaşıl bazar" da göyərtisatan hara?

Bakı Ağır Cinayətlər Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) İşlər İdarəsinin sabiq müdiri Fərhad Mollazadə, nazirliyin Konsulluq idarəsinin vəzifəli şəxsi Səlim Əlizadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, prosesdə şahid qismində ifadə verən Alim Babayev "Yaşıl bazar"da işlədiyini deyib.

"Yaxın dostum Şəmsi tərəfindən 2017-ci ildə adıma "Uğur 2017" MMC açılmışdı. Pulu "Günay bank"dan götürüb "Əmrah bank"a aparıb vermişəm. Məbləğ yadımda deyil. Təxminən 2000-3000 manat olardı. Şəmsi etibarnamə vermişdi. Pulu etibarnamə əsasında çıxarmışam. Həmin puldan mənə bir manat da çatmayıb. Dostum idi, xahiş etmişdi deyə getdim. Mənə pul maraqlı deyildi".

Digər şahid Rəhman Aslanov məhkəməyə verdiyi ifafəsində hal şahidi qismində XİN-ə çağırıldığını, təqsirləndirilən şəxslərdən Fərhad Mollazadəni tanıdığını bildirib: "Fərhad Mollazadənin kabinetindəki axtarış aparılırdı. Seyfdən və cibindən çıxan pulları müşahidə elədim, protokol yazıldı, imzaladım. Məbləğ dəqiq yadımda deyil. Cibindən təxminən 2 min dollar pul çıxdı. O yadımdadır ki, həmin vaxt qızının telefonunun xarab olduğunu, həmin pulu ona göndərəcəyini dedi. Axtarış zamanı seyfdən 10 min manata yaxın pul, sənədlər və mənzil layihələri çıxdı".

Məhkəmədə dindirilən digər şahid isə maşın ustası işləyən Elgün İsmayılov olub. Şahid təqsirləndirilən şəxslərin hrç birini tanımadığını deyib:" O vaxt usta yanında köməkçi işləyirdim. Vüqar usta dedi ki, yeni servis yaradılacaq. Mən də həmin servisdə avtomobillərə nəzarət edəcəyəm. Mənim adıma iki MMC açılıb. Amma sonra usta rəhmətə getdi, servis də açan olmadı. Mənim də heç nədən xəbərim olmadı".

Tərəflərin suallarını cavablandıran şahid Xarici İşlər Nazirliyi tərəfindən keçirilən tenderlərlərdən də xəbərsiz olduğunu deyib. Daha sonra zərərçəkmiş qismində tanınan Xarici İşlər Nazirliyinin nümayəndəsi məhkəmədə çıxış edib. Nümayəndə məhkəməyə bildirib ki, təqsirləndirilən F.Mollazadə tərəfindən dəymiş ziyanın 2 milyon 300 min manatı ödənilib. XİN nümayəndəsi dəymiş ziyanın ödənilməyən 228 min 432 manatının tam ödənilməsini istəyib.

Hakim Ə.Hacıyev dəymiş ziyanın yerdə qalan hissəsinin isə Səlim Əlizadə tərəfindən ödənilməsini təklif edib.

Məhkəmə prosesi 31 avqust saat 16:30- da edəcək.

İttihama görə, F.Mollazadə S.Əlizadə və digərləri ilə əlbir olaraq müxtəlif firmalar vasitəsilə nazirlik üçün hədiyyələr, dəftərxana ləvazimatları, suvenirlər və s. alınması məqsədilə ümumilikdə 2 milyon 543 min 173 manat vəsaiti mənimsəyiblər. Mənimsənilən vəsaitlər tenderlərdə süni şəkildə qalib elan edilməsi yolu ilə həyata keçirilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanıblar. Onlar barəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələri ilə ittiham verilib. Barələrində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Bir müddət sonra isə məhkəmə onları ev dustaqlığına buraxıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Bakıda qadın sevgilisi və qonşusunu bıçaqlayıb

Politoloq: ABŞ regionda demokratiya oyunu adı altında yerləşmək istəyir...

Ən çox oxunanalar