Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

71 yaşlı Şeyx qan donoru ola bilərmi? – Tibbin tələbi...

Aşura günü Azərbaycanda həm də qanvermə aksiyaları ilə yadda qalır. Hər il olduğu kimi bu il də qanvermə aksiyaları keçirildi. Bu il də pandemiya səbəbindən məscidlərdə yox, Mərkəzi Qan Bankının filalarında aksiya təşkil olundu. Bu aksiyada qocadan tutmuş cavanına qədər bir çoxları iştirak etdi.

Qafqaz Müsəlmanları İdarəsində də Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilib. Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə başda olmaqla idarə əməkdaşları, ölkəmizdə fəaliyyət göstərən konfessiyaların nümayəndələri iştirak ediblər.

Azərbaycanda zaman-zaman bu məsələ gündəmə gəlib ki, yaşlı insanların qan verməsi doğrudurmu? Tibbdə bununla bağlı hər hansı məhdudiyyət varmı?

İnternet reesurslarında axtarış etdikdə yüzlərlə mənbədə bu haqda məlumata rast gəlinir. Bəlli olur ki, qan donoru olmaq üçün yuxarı yaş həddi 65 yaşdır. B. Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda donorların tibbi müayinəsi şöbəsinin həkim-terapevti Günel Əliyeva bir müddət əvvəl Azərtac-a açıqlamasında belə deyib: “Yaşı 18-dən 65-dək olan hər kəs donor ola bilər. Bəzi hallarda milli qanunvericilik icazə verirsə, 17 yaşda da qan vermək mümkündür”.

Sual ondan ibarətdir ki, tibbdə 65 yaşdan yuxarı insanların qan donoru olması üçün hansısa istisnalar varmı? Sualı daha da konkretləşdirsək, 71 yaşlı Allahşükür Paşazadənin qanından başqa xəstələrin şəfa tapması üçün istifadə oluna bilərmi?

Terapevt Rasif Bağırov Yenisabah.az-a açıqlamasında deyir ki, yaşlı insanların qan donoru olması mümkündür: “Ancaq 55 yaşdan sonra bədəndə qan yaranma sistemində problemin, çətinliklərin yaranması, orqanizmin kəskin şəkildə zəifləməyə məruz qalması səbəbindən onların qan verməsi məsləhətli deyil.

Çünki qanı verdikdən sonra həmin şəxsin bədənində birdən-birə immun sistemində zəifləmə yarana bilər. Bu zamanda həmin şəxsin bədəni bütün xəstəliklərə açıq qalır. Hər hansı xəstəliyə yoluxarsa, vəziyyəti ağırlaşa bilər”.

Həkimin sözlərinə görə, yaşlı insan qan verdikdən sonra qanında sürətli azalma müşahidə oluna bilər:

“Ümumiyyətlə qanı verəndən sonra qanda müəyyən qədər azalma gedir. Həmin azalmanın yerini bərpa etmək yaşlı insanlar üçün çox çətin olur. Ona görə də yaşlı insanların qan vermək məsələsi düzgün deyil. Lakin verdikləri qan yararlı hesab olunur. Heç bir problem yoxdur. 55 yaşdan aşağı olan bütün insanlar qan verə bilərlər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Bakıda üzünə dolğu etdirən qadının çənəsi əyildi - Foto

Prokuror sabiq deputat Nazim Bəydəmirliyə 9 il həbs cəzası istəyib

Ötən həftə 49 mina, 690 partlamamış hərbi sursat zərərsizləşdirilib    

MSK parlament seçkilərinin nəticələrinin təsdiqi üçün sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib

Nəqliyyatda inqilab: "Tesla" elektrikli qatarını təqdim edir    

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

"Formula 1": Azərbaycan Qran-prisində maraqlı statistik göstəricilər qeydə alınıb

Azərbaycan Premyer Liqası: "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib

Ən çox oxunanalar