Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sülh göyərçini” olmaq istəyən Nikol Paşinyanın məqsədi nədir?

Azərbaycanla sərhəddə əvvəlcə “beynəlxalq müşahidəçiləri”, daha sonra Rusiya hərbçilərini gətirmək istəyən Paşinyan indi erməni sərhədçilərin yerləşməsindən danışır...

Politoloq: “Paşinyanın indi özünü “sülh göyərçini” kimi göstərməsi beynəlxalq ictimai rəyin təsirinə hesablanıb”.

Azərbaycan hələ bir az da gözləyəcək. Çünki Rusiyadan həddini aşan bəyanatlar səsləndirilir”.

Bu sözləri politoloq Qabil Hüseynli Paşinyanın dünən hökümətin iclasındakı çıxışını PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin 2021-2026-cı il üzrə proqramını təqdim edərkən, üç əsas məsələyə toxunub.

1. İrəvan Azərbaycanla sərhəddə ordunu geri çəkməyə və bölgəyə sərhədçiləri yerləşdirməyə hazırlaşır. Paşinyan qeyd edir ki, bu, Ermənistanın dinc regional gündəmi təşviq etmək istəyini sübut edir;

2. Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırdır;

3. Ermənistan Minsk qrupu formatında sülh danışıqları prosesini bərpa etməyə hazırdır.

Aydındır ki, birinci məsələ Ermənistanın “sülhpərvər” mövqeyini göstərməyə hesablanıb. Bəs indiki məqamda Nikol Paşinyanın “sülh göyərçini” olmaq istəyinin hədəfi nədir və doğrudanmı Ermənistan sərhəd problemlərini həll etmək istəyir? Həmçinin Azərbaycanla sərhəddə əvvəlcə “beynəlxalq müşahidəçiləri”, daha sonra Rusiya hərbçilərini gətirmək istəyən Paşinyan indi erməni sərhədçilərin yerləşməsindən danışır. Paşinyanın bu açıqlamanı kommunikasiyanın bərpası üzrə üçtərəfli işçi qrupunun Moskvada görüşə yenidən başlanmasından dərhal sonra verməsini təsadüf hesab etmək olar?

Paşinyanın son açıqlamaslarını PİA.az-ın əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Danışıqlar başlanmayana qədər, xüsusilə sülh mexanizmi hazırlanmayana qədər Paşinyanın söylədiklərinə ehtiyyatla yanaşmaq tələb olunur”.

Azərbaycanın sülh sazişi imzalamaq təlkifinə Ermənistanın daha əvvəl başqa cavab verdiyini xatırladan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, Azərbaycan prezidentinin KəlbəcərLaçına səfərində ortaya qoyduğu qətiyyətli mövqeyin həm Ermənistan, həm də Rusiya üçün təsirləri oldu. Ola bilsin ki, Paşinyan da bu amilə görə sülh prossesinə yeni yanaşma ortaya qoyur:

“Paşinyan və ətrafının söylədiyi, yazdığı və xalqa bəyan etdikləri şeylərin hamısı təbliğat xarakteri daşıyır. Yəni praktikada bu söylənənləri təcəssümünü görə bilmirsən, ya da əksini görürük. Ümumiyyətlə erməni siyasətçilərinin heç birinin praktikasını anlamaq olmur. Onlar ictimai rəyin diqtəsi ilə oturub dururlar. Onların qanında-canında da millətçilik var və onlarda millətçiliyin radikal və rasizm səviyyəsinə qalxmış forması özünü göstərir. Ermənilərin dünyanını qavraması o qədər köhnəlib, o qədər millətçilik azarı ilə xəstələniblər ki, onlar həqiqəti olduğu kimi qəbul edə bilmirlər. Çünki onların hamısının beyni millətçilik və rasizm zəhəri ilə zəhərlənib.

Düşünürəm ki, Paşinyanın indi özünü “sülh göyərçini” kimi göstərməsi beynəlxalq ictimai rəyin təsirinə hesablanıb. Çünki Azərbaycanın sülh sazişi imzalamaq təklifinə Ermənistan daha əvvəl başqa cavab verirdi. Görünür Azərbaycan prezidentinin KəlbəcərLaçına səfərində ortaya qoyduğu qətiyyətli mövqe həm Ermənistan, həm də Rusiya üçün təsirli olub. Ola bilər ki, Paşinyan bu amilə görə də sülh prossesinə yeni yanaşma ortaya qoyur. Həmçinin də ortada Türkiyə faktoru var. Türkiyə proseslərə tam daxil olmasa da, kulis arxasında öz gücünü göstərir.

Bir daha qeyd edirəm ki, Ermənistan millətçilik zəhəri ilə zəhərlənib, amma Azərbaycan xalqı vətənpərvərlik ruhu ilə yaşayır. Azərbaycan xalqı zəfər çalıb və bundan sonra bu xalq yeni zəfərlərə doğru gedəcək. Buna görə də Paşinyan həm daxili, həm də xarici siyasətdə uyğun uydurmalar edir. Mən Ermənistann tərəfinin danışıqlar prosesində normal iştirak edəcəklərinə hələ ki, inanmıram. Onlar bəyanatlarla deyil, əməldə bunu göstərməlidirlər.

Qabil Hüseynli: “Son zamanlar Rusiya vasitəçilik missiyasını vicdanla yerinə yetirmir və sülhməramlılar öz missilarından kənara çıxıraq ermənilərə silah verərək, onlara təlim keçirlər”.

Azərbaycan həmişə bəyan edib ki, Dağlıq Qarabağ erməniləri Qarabağda yaşaya bilər. Hətta Azərbaycan onlara Ermənistan hökumətinin onlara verdiyi yaşayışdan da üstün rifah vəd edir. Biz onlara insan kimi yaşamaq şəraitini yaratmaq istəyirik. Bunu istəmirlərsə, onda özləri bilərlər. Özlərini harada rahat hiss edirlərsə, oraya da getsinlər.

Bir məsələyə də diqqət çəkim ki, son zamanlar Rusiya vasitəçilik missiyasını vicdanla yerinə yetirmir və sülhməramlılar öz missilarından kənara çıxıraq ermənilərə silah verərək, onlara təlim keçirlər. Bu fonda da Jirnoviski, Solovyov kimiləri ortaya atıb Azərbaycana qarşı təbliğat aparırlar. Onların Azərbaycanın və Ermənistanın Rusiyaya birləşdirmək fikiri Rusiyanın məkrli niyyətini ortaya qoyur.

Jirnoviski Azərbaycanın liderini təndir edir, Azərbaycan xalqına qarşı anormal ifadələr işlədir, amma Rusiya ona qarşı hər hansı tədbir görmür. Ona sus deyən yoxdur. Azərbaycanda yaxşı bir misal var: İpini çək ayağına bağla. Bu misalı hal-hazırda Jirnoviski və Kremlə aid etmək olar. Kreml bəlkə Jirnoviski vasitəsilə nələrisə bizə çatdırıb bizi qorxutmaq istəyir. Amma Rusiya bilməlidir ki, qorxmaq mərhələsi keçib. Azərbaycan xalqı, Azıebaycan hakimiyyəti öz iradəsini ortaya qoyub və istənilən anda vuruşmağa hazırdır.

Prezident İlham ƏliyevKəlbəcərə səfəri zamanı dedi ki, o torpaqlar bizim əzəli torpaqlar olsa da, orada bizim gözümüz yoxdur. Amma Ermənistan həmin ərazilərdə Azərbaycandan yeni torpaq qoparmaq istəyi ilə yaşayacaqsa, biz onlarla son nəfəsinizə qədər əbədi düşmən kimi mübarizə aparacağıq.

Qabil Hüseynli: “Rusiyanın Qarabağa Ermənistanın ordu hissələrini daşmasına da Azərbaycan dözməyəcək”.

Düşünürəm ki, Azərbaycan hələ bir az da gözləyəcək. Çünki Rusiyadan həddini aşan bəyanatlar səsləndirilir. Məsələn Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünya avtomobil cəmiyyətinə Qarabağa investisiya gətirmələri ilə bağlı müraciət edir. Elə bil Lavrov Moskvanın hər hansı bir əyaləti haqqında danışır. Ay yaramaz Lavrov sənin nə haqqın var Qarabağa investisiya gətirilməsi haqqındakimlərədsə müraciət edirsən. Onda Azərbaycan da Krıma investisiya gətirilməsi haqqında kimlərə müraciət etməlidirmi?

Azərbaycanın Xarici İşlər Nazirliyi çəkinmədən bu cür şər fikirlərə qarşı arqumentləşdirilmiş cavab verməlidir. Rusiya öz yerini bilməlidir və öz problemləri ilə məşğul olmalıdır. Azərbaycanın daxili işlərinə qarışmalı deyil. Rusiya sülhməramlılarını Qarabağa göndərməklə bizim qələbə əzmimizi qırmaq istəyir? Lakin onlar onlar buna nail ola bilməyəcəklər. Rusiyanın Qarabağa Ermənistanın ordu hissələrini daşmasına da Azərbaycan dözməyəcək. Azərbaycan və müttəfiqlərimiz Rusiyanın bu addımlarına cavab verəcək.

Bütün bunlara görə Paşinyanın dediklərinə etibar etmək olmaz. Danışıqlar başlanmayana qədər, xüsusilə sülh mexanizmi hazırlanmayana qədər Paşinyanın söylədiklərinə ehtiyyatla yanaşmaq tələb olunur”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Ən çox oxunanalar