Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qanda EÇS niyə yüksəlir? - Səbəblər

Eritrositlərin çökmə sürəti (EÇS) el arasında ROE deyilən analiz - qanın qeyri-spesifik laborator göstəricisi olub, zərdabdakı zülal fraksiyalarının nisbətini əks etdirir; EÇS-in dəyişməsi orqanizmdə hər hansı iltihabın olmasını, yaxud, hər hansı bir patoloji prosesin dolayısı yolla əlamətini göstərir.

Terapevtlər və pediatrların halsız, xəstə, qızdırma ilə müraciət edən pasiyentlərin qan analizində önəm verdikləri göstəricilərdən biridir.

PİA.az xəbər verir ki, bu müayinə infeksiya daxil olmaqla, kəskin, yaxud, xroniki iltihabın, onkoloji və autoimmun xəstəliklərin diaqnozunun qoyulmasında istifadə olunur. EÇS - həssas, lakin spesifik laborator analizi deyil, belə ki, EÇS-in qanda artması öz-özlüyündə iltihabın məndəyini təyin etməyə imkan vermir; bundan əlavə, EÇS-in artması iltihab ilə əlaqəli olmaya da bilər. Məhz buna görə, EÇS analizi digər müayinələrlə birgə aparılır.

EÇS-in artmasının səbəbləri:

Çox zaman iltihab, yaxud, nekroz ilə əlaqəli hüceyrənin zədələnməsi nəticəsində qana fibrinogen ifraz olunaraq, EÇS-in artmasına səbəb olur.

• iltihabi proseslər

• infeksion xəstəliklər

• ağciyərin iltihabı

• miokard infarktı

• şokdan və əməliyyatdan sonrakı vəziyyət

• geniş travmalar, guçlü əzilmələr, sümük sınıqları

• immunitetin dəyişməsi

• toxumaların nekrozuna səbəb olan qaraciyərin zədələnməsi

• böyrəyin zədələnməsi (nefrotik sindrom)

• şəkərli diabet

• toxumaların onkoloji zədələnməsi nəticəsində toxumalar üçün xarakter olmayan zülalların ifraz olunmas

EÇS -in azalmasının səbəbləri:

Qanın formalı elementlərinin nisbətinin, qanda pH-ın (turşulaşma, asidoz) və eritrositlərin öz strukturunun dəyişilməsi EÇS-in azalmasına səbəb olur:

• polisitemya

• oraqvarıhüceyrə anemiyası

• sferositoz

• hiperbilirubinemiya

• hiperhidratasiya

Göründüyü kimi, EÇS artması ən azı 20 səbəbdən qaynaqlanır. Əgər çox yüksək rəqəmdirsə, həkim onkologiyadan şübhələnə bilər.

EÇS-in qalxmasına səbəb olan problem həkim araşdırıb tapmalı və sonra müalicəyə başlanılmalıdır.(medicina.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

ABŞ və Böyük Britaniya Yəmənə zərbələr endirib

Ən çox oxunanalar