Çərşənbə axşamı, 10 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhid atası 69 şəhidin xatirəsini əbədiləşdirdi - Foto

Bu gün Vətən müharibəsi şəhidi İqbal İlqar oğlu Astanlının 24 yaşı tamam olur.

Qafqazinfo” xəbər verir ki, şəhidin doğum günündə onun sakini olduğu 8 mart küçəsində Biləsuvardan olan 69 şəhidin xatirəsi əbədiləşdirilib.

Şəhid atası İlqar Astanovun təşəbbüsü və daxili imkanları hesabına ərsəyə gətirdiyi kompleksdə İqballa yanaşı, Vətən Müharibəsində şəhid olmuş digər 68 biləsuvarlı şəhidin də fotoları və onlar haqqında məlumat lövhəsi yer alıb.

Açılış tədbirində şəhidin doğmaları ilə yanaşı, onun döyüş yoldaşları, şəhid valideynləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Sonra şəhid valideynlərinin iştirakı ilə Xatirə kompleksinin ağ örtüyü götürülüb, şəhid İ.Astanlının ad günü münasibətilə səmaya 24 göyərçin buraxılıb və ad günü tortu kəsilib.

Qeyd edək ki, Astanlı İqbal İlqar oğlu 1997-ci ilin bu günü Biləsuvarda anadan olub. O, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olub. 2019-cu ildə həqiqi hərbi xidmətə yollanan İqbal, cəbhə bölgəsində “N” saylı hərbi hissələrdə kəşfiyyat bölüyündə həqiqi hərbi xidmət keçib. Vətən müharbəsində Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüş əməliyyatları zamanı qəhrəmancasına şəhid olub.

Göstərdiyi qəhrəmanlıqlara görə ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SSRİ-nin ilk qadın nazirinin oğlu anasının başına oyun açıb: "Məni aldatdı ki..."

Vilayət Eyvazov Xankəndiyə yeni rəis təyin etdi

Süni bahalaşmaya son qoyulur: Cəza tədbirləri başladı

Bakıda evə silahlı basqın etməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib

Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı

Türkiyəni ayağa qaldıran Narinin meyitinin yerini polislərə Zirəddin Rzayev deyib? - İddia

Ərdoğan Türkiyəni sarsıdan cinayətdən danışdı

Ukrayna XİN İran səfirinə sərt xəbərdarlıq etdi

Paşinyan: Ermənistan Aİ ilə gündəlikdəki məsələləri genişləndirir

Qərbi Azərbaycan Xronikası: Deportasiya olunan soydaşlarımız Azərbaycanın 58 bölgəsində məskunlaşıb

Ən çox oxunanalar