Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hadrutda İdarələrarası Mərkəzin 3 İşçi Qrupunun birgə iclası keçirilir

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Şəhərsalma məsələləri üzrə, Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə və Elm, təhsil və mədəniyyət məsələləri üzrə İşçi qruplarının Xocavənd rayonunun Hadrut qəsəbəsində birgə iclası keçirilir.

“Report” xəbər verir ki, toplantıda işçi qruplarına daxil olan nazirliklərin, agentliklərin və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak edirlər.

İclasda Şəhərsalma məsələləri üzrə İşçi Qrupun rəhbəri Namiq Hümmətov, nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupun rəhbəri Rəhman Hümmətov, Elm, təhsil və mədəniyyət məsələləri üzrə İşçi qrupun rəhbəri Fərəh Əliyeva iştirak edirlər.

Toplantıda həmçinin işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, şəhərsalma, nəqliyyat və telekommunikasiya infrastrukturu layihələrinin icra vəziyyəti, mədəni irsin və tarixi-mədəniyyət abidələrinin qorunması, AğdamŞuşa şəhərlərində tarixi mədəniyyət abidələrinin bərpası məsələlərinə dair müzakirələr aparılıb.

Xatırladaq ki, bütün İşçi qruplar 24 noyabr 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində olan İdarələrarası Mərkəzdə fəaliyyət göstərir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Bakıda qadın sevgilisi və qonşusunu bıçaqlayıb

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Politoloq: ABŞ regionda demokratiya oyunu adı altında yerləşmək istəyir...

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Ən çox oxunanalar