Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Göyçayda şadlıq sarayının sahibi 4 min manat cərimələnib

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları toy mərasimlərində karantin qaydalarına riayət edilməsi məqsədilə yoxlamalar keçirib.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, yoxlamalar zamanı şəhər ərazisində yerləşən “Vüqar” şadlıq evində təşkil edilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi müəyyən olunub.

Aşkarlanan qayda pozuntuları ilə bağlı obyektin sahibi Əzizağa Vəliyev inzibati məsuliyyətə cəlb edilərək 4000 manat məbləğində cərimələnib. Həmçinin, toy sahibi, Göyçay rayon sakini Rəhman Gülüyev barəsində də İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə ) maddəsi ilə protokol tərtib edilərək 200 manat məbləğində cərimə olunub.

Göyçay rayon sakiniləri Məhəmmədəli Süleymanov və İlqar Maqsudova məxsus fərdi yaşayış evlərində təşkil edilən toy mərasimlərində isə müəyyən edilən say həddindən artıq qonağın iştirakı qeydə alınıb. Aşkarlanmış qayda pozuntuları ilə bağlı həmin şəxslər barəsində protokol tərtib olunub və hər biri 200 manat cərimələnib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Bakıda qadın sevgilisi və qonşusunu bıçaqlayıb

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Politoloq: ABŞ regionda demokratiya oyunu adı altında yerləşmək istəyir...

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Ən çox oxunanalar