Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniyada yaşayan azərbaycanlı: "Vəziyyət çox acınacaqlıdır"

"Almaniyadakı mövcud vəziyyət son illərdə baş verən ən böyük təbii fəlakət hesab olunur. Hazırda ölülər 150 nəfərdən çoxdur, bunun 130-u Almaniyanın payına düşür. Ölkədə həmçinin 600-a yaxın yaralı, 1000-dən artıq itkin düşən var. Almaniyanın vəziyyəti həqiqətən də çox acınacaqlıdır".

Bu fikirləri “Report"a Almaniyanın təbii fəlakətdən ən çox ziyana məruz qalan Şimali Reyn-Vestfaliya əyalətində ali təhsil alan azərbaycanlı Cəlal Hüseynbəyli bildirib.

Fəlakətli bölgələrə çoxlu sayda konüllü getdiyini, burada yetərli sayda xilasetmə komandası yaradıldığını deyən həmsöhbətimiz su səviyyəsinin daha yüksək olduğu ərazilərdə çalışmaq üçün hərbi qüvvələrin də cəlb olunduğunu dilə gətirib: “Hər gün helikopter və başqa texnikaların səsi gəlir. Bu fəlakətin ətraf rayonlara elə də çox təsiri olmadı, yəni nə işiq, nə su, nə internet və ya digər kommunal xidmətlərin təminatında nasazlıq hiss olunmayib. Dovlətə kömək etmək üçün bir çox özəl qurumlar, hətta futbol klubları səfərbər oldular. Belə ki, Almaniyanin bir neçə böyük futbol klubları əhaliyə yardim edirlər. Bəzi ərazilərə o qədər böyük ziyan dəyib ki, orada bundan belə normal yaşayışın təmin olunması mümkün görünmür. Yəni orada yaşayan insanlar təməlli olaraq başqa yerə köçürülməlidir. Hazırda burada hava günəşli olsa da, çox dəyişkəndir. Elə fəlakət də burdan başladı. Son günlər hər gün fasilə ilə də olsa şiddətli yağışlar yağdı. Nəticədə su kanalları dolmuş, kanalizasiya xətləri tutulmuşdu”.

Şimali Reyn-Vestfaliyada xeyli sayda azərbaycanlının yaşıdığını deyən müsahibimiz hələlik onların arasında xəsarət alan və ya itkin düşəninin olmadığını vurğulayıb: “Amma axtarışlar davam edir, hələ bu fəlakətin nəticələri tam olaraq açıqlanmır. Oraya indi heç kimi buraxmırlar, su basmış yerlərdən uzaq durmağa çağırırlar. Təhlükə hələ də var. Bu gun Almaniya Prezidentinin, Kansler Angela Merkelin də fəlakət bölgələrini ziyarət edəcəyi xəbəri verilmişdi".

C.Hüseynbəyli qeyd edib ki, daşqınlar nəticəsində Almaniyanin qərb vilayətlərində dəmir yollarına ciddi ziyan dəyib, bir çox xətlər dağınıq vəziyyətdədir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ən çox oxunanalar