Çərşənbə axşamı, 10 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqbal Məmmədov “Relax”dakı ölümdən danışdı: "Çayçının cəsədini turistlər görüb"

Deputat İqbal Məmmədov "Relax" istirahət mərkəzində baş verən ölümlə bağlı açıqlama verib.

PİA.az xəbər verir ki, İ. Məmmədov istirahət mərkəzindəki ölüm faktını təsdiqləyib:

"Hadisə bu gün baş verib. Dünən güclü yağış yağdığından, istirahət mərkəzindəki "Küləfrəngi" deyilən yer bu gün ümumiyyətlə xidmət göstərməyib. Anar da orada çalışırdı. Turistlər gəzəndə çayda uzanmış adam görüb təhlükəsizliyə xəbər veriblər. Əməkdaşlar hadisə yerinə gələndə Təngivan kənd sakini, 1980-ci il təvəllüdlü Sücayev Anar Hüseyn oğlunun öldüyünü görüblər. Hazırda prorkuroluq əməkdaşları araşdırma aparır. Mərhumun oradan yıxıldığı, yoxsa intihar etdiyi müəyyənləşəcək. Çox ağır hadisədir, Allah ailəsinə səbr versin. Anar Sücayev evli idi, iki övladı qalıb. Biz də əlimizdən gələn köməkliyi göstərəcəyik. Bir vətəndaş kimi bu bizim borcumuzdur".

Deputatın sözlərinə görə, istirahət mərkəzində bütün təhlükəsizlik qaydalarına tam riayət olunur:

"Hadisədir, araşdırılır. Ola bilər intihar edib, ola bilər ayağı sürüşüb, biz hazırda qəti nəsə deyə bilmərik. Ümumiyyətıə, əməkdaşların, eləcə də qonaqların təhlükəsizliyi tam qorunur. Pandemiyadan əvvəl, mövsümdə mərkəzdə 200 nəfər çalışırdı, hazırda isə 40 nəfər çalışır. Bədbəxt hadisədir, Allah ailəsinə səbr versin. Bu gün parlamentin son iclası idi, ona görə Bakıdayam. Sabah, ya da biri gün Lerikə gedəcəm, mərhumun ailəsinə baş çəkəcəyəm".

Parlamentari həmçinin son vaxtlar insanların çətinliklərə tez təslim olmalarına təəssüfləndiyini bildirib:

"Cavan adamdı, indi səbəb nədir bilinmir. Amma son vaxtlar insanlar azca çətinə düşən kimi mübarizə aparmaqdansa, "asan"a qaçırlar. Elə bugün səhər saatlarındakı güllələnmə kimi. Allah özü kömək olsun hamıya".

İ. Məmmədov həmçinin deyib ki, hazırda "Relax" İstirahət Mərkəzinin rəsmi idarəçiliyi qardaşına məxsusdur:

"Mən deputat olana qədər "Kaspi Yıldız" öz adıma idi. Parlament üzvü olduqdan sonra bütün biznesimi ailə üzvlərimin adına keçirdim. Deputatam deyə biznesimi yad adama bağışlayası deyildim ki! İndi bu hadisə ilə bağlı məlumatı mənim fotomla tirajlayırlar, amma doğru deyil. Kimsə yazısını daha çox oxutdurmaq üçün mənim adımdan istifadə edirsə, mən də hüquqi çərçivədə addım ata bilərəm. Ona görə xahiş edirəm, belə həssas məqamları nəzərə alasınlar".

İyulun 9-da saat 18 radələrində Lerik rayonu ərazisində 'Relax' istirahət mərkəzində çayçı işləyən, Lənkəran rayonu Təngivan kənd sakini, 1980-ci il təvəllüdlü Sücayev Anar Hüseyn oğlunun meyiti işlədiyi çayxanadan təqribən 20 metr aşağıda axan dağ çayında aşkar olunub.(Modern.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SSRİ-nin ilk qadın nazirinin oğlu anasının başına oyun açıb: "Məni aldatdı ki..."

Vilayət Eyvazov Xankəndiyə yeni rəis təyin etdi

Süni bahalaşmaya son qoyulur: Cəza tədbirləri başladı

Bakıda evə silahlı basqın etməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib

Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı

Türkiyəni ayağa qaldıran Narinin meyitinin yerini polislərə Zirəddin Rzayev deyib? - İddia

Ərdoğan Türkiyəni sarsıdan cinayətdən danışdı

Ukrayna XİN İran səfirinə sərt xəbərdarlıq etdi

Paşinyan: Ermənistan Aİ ilə gündəlikdəki məsələləri genişləndirir

Qərbi Azərbaycan Xronikası: Deportasiya olunan soydaşlarımız Azərbaycanın 58 bölgəsində məskunlaşıb

Ən çox oxunanalar