Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elton Məmmədovun şirkəti məhkəməyə verildi

Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) "Bakı-XXI Əsr” MMC-ni məhkəməyə verib.

PİA.az xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır. Açıq mənbələrdə məhkəmə çəkişməsinin səbəbi barədə hər hansı qeyd yoxdur. İddialara görə isə, “Azərişıq”ın MMC-ni məhkəməyə verməsi külli miqdarda borcla bağlıdır.

"Bakı-XXI Əsr” 2004-cü ildə yaradılıb. Nizamnamə kapitalı 14,9 milyon manat olan Şirkət Bakı Beynəlxalq Avtovağzal Kompleksinin inşası layihəsi üzrə baş podratçı olub, eləcə də uzun illər kompleksi idarə edib.

Ötən il "Bakı-XXI Əsr” MMC yenidən təşkil olunmuşdu. Buna səbəb tərkibindən ayrılma baş verməsi və "Krosvey" MMC-nin yaradılması idi.

Bu ilin mart ayında isə “Bakı-XXI Əsr” MMC-nin fəaliyyətinə xitam verilib. Şirkət "Top Properties” MMC-yə birləşib. Bir ay sonra “Krosvey” MMC də ləğv olunub.

Bakı-XXI Əsr” MMC-nin sahibi keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədov olub. (Hit.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Ən çox oxunanalar