Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Taliban” İranla sərhəddəki nəzarət-buraxılış məntəqəsini ələ keçirib

Taliban” hərəkatının silahlıları Herat əyalətində İran və Türkmənistanla sərhəddə yerləşən nəzarət-buraxılış məntəqələrini ələ keçirib.

AZƏRTAC TOLOnews telekanalına istinadla xəbər verir ki, bu barədə yerli gömrük xidməti məlumat yayıb.

Taliban” hərəkatının nümayəndələri İranla sərhəddə yerləşən “İslam-Qala” nəzarət-buraxılış məntəqəsinin ələ keçirilməsi barədə məlumatı təsdiqləyib. Lakin Əfqanıstan Daxili İşlər Nazirliyi məntəqə üzərində nəzarətin itirilməsi faktını inkar edir.

Qeyd edək ki, Əfqanıstanda hökumət qüvvələri ilə kənd yerlərində əhəmiyyətli əraziləri ələ keçirən və böyük şəhərlər uğrunda döyüşlər aparan “Taliban” hərəkatı arasında qarşıdurma davam edir. 2020-ci il sentyabrın 12-də Qətərin paytaxtı Dohada Əfqanıstan hökuməti ilə “Taliban” arasında başlayan sülh danışıqları hələlik heç bir nəticə verməyib.

Bu il aprelin 14-də ABŞ Prezidenti Cozef Bayden qoşunların Əfqanıstandan sentyabrın 11-dək çıxarılması barədə qərar qəbul edib. KİV-in məlumatına görə, artıq Amerika hərbçilərinin 90 faizi bu ölkəni tərk edib. ABŞNATO qoşunlarının çıxarılması fonunda Əfqanıstanda vəziyyətin sürətlə gərginləşməsi müşahidə olunur.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar