Çərşənbə axşamı, 10 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Şuşa Bəyannaməsi Qars müqaviləsindən də üstündür” - İqbal Ağazadə 

Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan tarixinin və Cənubi Qafqaz siyasətinin yeni mərhələsidir. Bu mərhələ Azərbaycan, Türkiyə və region üçün çox əhəmiyyətlidir. Bəyannamədə Ermənistana aid mesajlar, kommunikasiya xətlərinin açılması, qonşuluq şəraitində yaşamağın şərtləri, dünyaya açılımın təmin edilməsi, bölgədə sülhün və əmin-amanlığın qorunmasına çağırışı əks etdirən məqamlar var. Hesab edirəm ki, Qars və Batum müqavilələrindən sonra Şuşa Bəyannaməsinin onlara bərabər, hətta daha üstün əhəmiyyəti var”.

PİA.az xəbər verir ki, bu sözləri Modern.az-a Ümid Partiyasının sədri İqbal Ağazadə deyib. Onun sözlərinə görə, Bəyannamədə əks olunan məqamlar Şuşada Baş konsulluğun açılması haqqında fikirlər bir daha göstərir ki, Azərbaycan torpaqlarına hər hansı müdaxiləyə cəhddə Türkiyənin mövqeyi indiyə qədərki mövqedən tam fərqli olacaq:

“Çünki Bəyannamədə göstərilir ki, Təhlüksizlik şuralarının birgə iclasları keçiriləcək, Ordunun qurulması istiqamətində birgə addımlar atılacaq, güc strukturlarının qurulmasında birgə çalışmalar olacaq.

Ermənistan reallığı başa düşsə, regionda sülhün və əmin-amanlığın onun ölkəsi üçün də nə qədər əhəmiyyətli olduğunu anlasa, bundan onlar da öz faydasını götürə bilərlər. Təəssüf ki, bu gün Ermənistanda milli maraqlardan çox hakimiyyət maraqları uğrunda mübarizə daha üst mövqeyə çıxır. Ona görə hesab edirəm ki, hələlik Ermənistan bundan dərs çıxara bilməyəcək. Amma Türkiyə və Azərbaycan üstünlüyü ələ aldı”.

Partiya sədri xüsusi qeyd edib ki, uzun illərdir, Türkiyənin bölgəyə siyasi baxımdan daxil olmasını arzulayırdıq:

“Mən də çıxışlarımda demişəm ki, Şuşa Bəyannaməsi, 44 günlük savaşdan sonra Türkiyənin göstərdiyi mövqe “Türkiyə Cənubi Qafqazdadır” deməyə əsas verir”. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SSRİ-nin ilk qadın nazirinin oğlu anasının başına oyun açıb: "Məni aldatdı ki..."

Vilayət Eyvazov Xankəndiyə yeni rəis təyin etdi

Süni bahalaşmaya son qoyulur: Cəza tədbirləri başladı

Bakıda evə silahlı basqın etməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib

Türkiyəni ayağa qaldıran Narinin meyitinin yerini polislərə Zirəddin Rzayev deyib? - İddia

Ərdoğan Türkiyəni sarsıdan cinayətdən danışdı

Ukrayna XİN İran səfirinə sərt xəbərdarlıq etdi

Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi

Qərbi Azərbaycan Xronikası: Deportasiya olunan soydaşlarımız Azərbaycanın 58 bölgəsində məskunlaşıb

BMT Baş Assambleyasının prezidenti: Azərbaycan COP29-un təşkili və uğurlu nəticəsi üçün çox çalışır

Ən çox oxunanalar