Cümə, 13 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın Azərbaycandakı Səfirliynin qarşısında etiraz aksiyası keçirilib

Bu gün, aprelin 28-də Azərbaycanın 1920-ci il aprelin 28-də XI Qızıl Ordu tərəfindən işğalı günü ilə əlaqədar Xalq Hərəkatının bir qrup fəalı Rusiyanın Azərbaycandakı Səfirliyi qarşısında etiraz aksiyası keçirib.

İştirakçılar “Rusiya ordusu Azərbaycandan çıxarılsın!” tələbi yazılmış plakat qaldırıblar. Polis şüarları iştirakçıların əlindən alıb və onları binadan uzaqlaşdırıb.

“Biz Rus Ordusunun Qarabağdan çıxarılmasını tələb edirik. Onlar sülhməramlı deyil. Biz istəyirik ki, Rusiya Ordusunu Türkiyə Ordusu əvəz etsin”, deyə etirazçılardan biri bildirib.

“Əgər Rusiya Ordusu Şuşaya İsgəndər-M raketi atıbsa, bu ordunu sülhməramlı adlandırmaq olmaz. Yetər artıq, Rusiya Ordusu Azərbaycanı tərfk etməlidir”, deyə digər etirazçı qeyd edib.

Təşkilatçılar kütləvi informasiya vasitələrində qətnamələrini dərc ediblər. Sənəddə deyilir ki, Azərbaycan Xalq Hərəkatı Rusiya Ordusunun ölkəyə gətirilməsini Azərbaycanın müstəqilliyinə qəsd kimi qiymətləndirir.

Bu hərbiçilər Qarabağda sülhməramlı missiyasına aid olmayan xidmətlər göstərir. Bütün bunlar Azərbaycanın maraqlarına ziddir, deyə qətnamədə qeyd edilir.

Azərbaycan Xalq Hərəkatı 2019-cu il yanvarın 26-da keçmiş daxili işlər naziri İsgəndər Həmidovun təşəbbüsü ilə yaradılıb. Quruma bir sıra siyasi partiyalar, ictimai təşkilatlar və fəallar daxildir.(turan)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Miri: Məsud Pezeşkian vaxtından əvvəl istefa verə bilər...

“Zəngəzur dəhlizi”nin “3+3” formatı çərçivəsində müzakirəsi Tehrana nə verəcək?

Rusiya və İranın probleminə çevrilən “Zəngəzur dəhlizi”... - Ermənistan niyə susur?

"Formula 1"də iştirak edən Fransa komandası etiraz aksiyası keçirəcək

Qardaşların yarım milyardlıq cinayəti - “Bentley”lər, qayıqlar, villalar...

PUA-lar müharibə qaydalarını dəyişir: Təhlükəsiz səngərlər ölüm tələlərinə çevrilir...

Relsin üzərində uzandı, qatar üstündən keçdi

Messinin yaşıl meydanlara hələ də qayıtmamasının səbəbi bəlli oldu

Ən çox oxunanalar