Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq məmurların gözqamaşdıran pensiya məbləğləri - Siyahı

Azərbaycanda sabiq məmurların nə qədər pensiya alması hər kəsin marağında olan mövzudur. Dövlət qulluqçularına, o cümlədən sabiq nazirlərə pensiya təyinatı "Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsi əsasında, yəni sığorta göstəriciləri nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr hesablanmaqla həyata keçirilir. Qulluq stajına münasibətdə onlara təyin olunmuş pensiyanın məbləğləri fərqli ola bilər.

PİA.az unikal.org-a istinadən sabiq nazirlərin, məmurların və millət vəkillərinin bir neçəsinin təqaüd məbləğini təqdim edir:

Sabiq baş nazir Novruz Məmmədov 1500 manat pensiya alır.

Baş nazirin sabiq müavini, Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbov 4000 manat təqaüd alır.

Baş nazirin sabiq müavini Abid Şərifovun pensiyası 3500 manatdır.

Baş nazirin sabiq müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənova 4000 manat pensiya təyin edilib.

Baş nazirin sabiq müavini Elçin Əfəndiyev 3500 manat pensiya alır.

Baş nazirin sabiq müavini, sabiq Kənd Təsərrüfatı naziri İsmət Abbasova 3500 manat təqaüd təyin edilib.

Sabiq Təhsil naziri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanovun təqaüdünün məbləği 2300 manatdır.

Bakı Dövlət Universitetinin eks-rektoru Abel Məhərrəmov 4000 manat pensiya alır.

Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədova 3640 manat təqaüd təyin olunub.

Sabiq millət vəkili Ağacan Abıyev 2500 manat pensiya alır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar