Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təlimlər çərçivəsində müdafiə naziri HHQ-nin Birləşmiş komanda məntəqəsində olub - Video

Azərbaycan Ordusunun əməliyyat-taktiki təlimləri çərçivəsində Hərbi Hava Qüvvələrinin (HHQ) Zenit-raket qoşunları və hərbi aviasiyanın qarşılıqlı fəaliyyətinin təşkilini yoxlamaq məqsədilə müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti HHQ-nin Birləşmiş komanda məntəqəsində olublar.

Müdafiə Nazirliyindən verilən məlumata görə, HHQ komandanı general-leytenant Ramiz Tahirov müasir avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edilmiş Birləşmiş komanda məntəqəsinin fəaliyyəti barədə Müdafiə nazirinə məruzə edib. Bildirilib ki, müasir texnoloji avadanlıqla təchiz edilən məntəqə HHQ-nin fasiləsiz döyüş növbətçiliyinin aparılması, qoşunların qısa müddətdə döyüş vəziyyətinə gətirilməsi, eləcə də istənilən iqlim şəraitində və sutka ərzində düşmənin hava hədəflərinin izlənilməsi, kəşfiyyat məlumatlarının toplanılması, təhlili, qərarların vaxtında qəbulu və aviasiya qüvvələrinin döyüş tapşırıqlarını maksimal effektiv icrasını təmin edir. Qeyd edilib ki, təlimlər çərçivəsində komanda məntəqəsi həmçinin şərti düşmənin aşkar olunan hava hədəflərinin məhv edilməsi üçün əldə edilən məlumatların zenit-raket komplekslərinin komanda məntəqələrinə ötürülməsini təmin edir.

Birləşmiş Komanda Məntəqəsindəki şəraitlə maraqlanan Müdafiə naziri xidmətin və döyüş növbətçiliyinin təşkili və aparılması ilə bağlı müvafiq tapşırıqlar verib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar