Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Komissiya sabah yenidən toplaşır - Böyük əfvdən kimlər yararlanacaq?

Pandemiyaya ilə bağlı uzun müddət fəaliyyəti dayanmış Əfv Məsələləri Komissiyası fevralın 16-dan etibarən işini bərpa edib. Son günlər komissiya dörd iclas keçirib və daxil olan müraciətlərdən 450-dən çoxuna baxılıb.

Komissiyadan bildirilir ki, məhkumlar tərəfindən daxil olan müraciətlər hədsiz çoxdur. Bu il əfv İkinci Qarabağ Müharibəsindəki qələbəmizdən sonraya təsadüf etdiyi üçün daha geniş olacağı ehtimalı var. Həmçinin çoxlu sayda tanınmış məhbusun azad olunacağı gözlənilir.

Komissiyanın bu istiqamətdə növbəti toplantısı isə martın 2-də keçiriləcək.

Bəs böyük əfv sərəncamında kimlərin azadlığa çıxması gözlənilir? Sabahkı iclasda hansı məsələlər müzakirə olunacaq?

Mövzu ilə bağlı Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev “Bakupost”a açıqlamasında bildirib ki, iclasda hər zaman yeganə məsələ məhkumların müraciətləri ilə bağlı olur:

“Yaxud onlar haqqında bizə olan müraciətlərlə əlaqədardır. Əfvdə məhkumlar özləri, onların vəkil nümayəndələri müraciət edə bilər. Eyni zamanda, məhkumun əfv olunması ilə bağlı Milli Məclisin deputatları, ombudsman, milli beynəlxalq qeyri hökumət təşkilatları, Pentensionar Xidmətin Administrasiyası vəsatət qaldıra bilər. Biz yalnız daxil olan müraciətlərə baxırıq. Müraciətlər tam obyektiv olaraq araşdırılır. Daha sonra səsvermə vasitəsi ilə bu və ya digər tövsiyə xarakterli qərarlar qəbul edilir. Həmin qərarlar Cənab Prezidentə təqdim olunur və kimi məqbul hesab etsə onu əfv edəcəkdir. Yəni əfvetmə ilə bağlı qərar yalnız Cənab Prezident tərəfindən qəbul edilir”.

Böyük əfv sərəncamında kimlərin azadlığa çıxacağı ilə bağlı sualımızı cavablandıran hüquqşünas qeyd etdi ki, konkret olaraq kimin əfv olunacağı yalnız Prezident sərəncam imzaladıqdan sonra müəyyən olunacaq: “Bu, yalnız o zaman məlum olur. Bu gün bizim qəbul etdiyimiz qərarlar yalnız və yalnız tövsiyə xarakterlidir. Hər bir müraciətə çox diqqətlə baxılır. Ola bilsin ki, hansısa müraciət etmiş məhkumun lehinə və yaxud əleyhinə tövsiyə xarakterli qərarlar qəbul edilir. Amma bu son və qəti bir qərar deyil. Son və qəti qərar ölkə başçısı tərəfindən qəbul edilir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Əhməd Vəliyevin oğlu YAP-ın deputatlığa namizədi oldu: İngiltərəyə qədər uzanan ailə biznesi 

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib - Yenilənib

Ağdərə rayonunun sərhədlərində mərz nişanları basdırılır

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Ən çox oxunanalar