Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirliyin tender maxinasiyası: FHN 126 min manatlıq it yemi alır - Foto

Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi 26 fevralda mobil mühafizə məntəqələri və it yeminin satınalınması müsabiqələrinə yekun vurub.

Qaynarinfo xəbər verir ki, ümumi məbləği 422 min manat olan iki tenderin qalibləri "Kamiloğlu” və "Metro İnvest” MMC-lər olub.

296 min 121 min manat məbləğində olan mobil mühafizə məntəqələrinin satınalınması müsabiqəsini "Kamiloğlu” MMC qazanıb.

Tenderin şərtlərinə görə, 10 bank günü ərzində şirkət 6 ədəd mobil məntəqə (4 kabinalı hamam) - 6M x 2,4M x 2,6M ölçülü, 14 ədəd mobil mühafizə məntəqəsi - 6M x 2,4M x 2,6M ölçülü, 1 ədəd mobil mühafizə məntəqəsi - 7M x 3M x 2,6M ölçülü, 7 ədəd mobil məntəqə (4 kabinalı tualet) - 6M x 2,4M x 2,6M ölçülü, 2 ədəd mobil məntəqə (4 kabinalı hamam) - 6M x 3M x 2,6M ölçülü təhvil verməlidir. 

"Kamiloğlu” MMC Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsinin 02.04.2020 tarixində keçirdiyi daha bir tenderi qazanıb. Məbləği 289 min 100 manat olan tender tərtibat işlərinin satınalınması ilə bağlı olub.

"Kamiloğlu” MMC-nin hazırda 2812 manat vergi borcu var. "Dövlət satınalmaları haqqında” qanuna görə, vergi borcu olan şirkətlər tenderlərdə iştirak edə bilməz.

20100 manat nizamnamə kapitalına malik şirkətin qanuni nümayəndəsi Vüqar Rzaqulu oğlu Rzayevdir. 

126 min manat məbləğində it yemlərinin satınalınması müsabiqəsini "Metro İnvest” MMC qazanıb. Tenderin şərtlərinə görə, şirkət 5 bank günü ərzində 1350 paçka it yemi (Large breed 18 kq) və 50 paçka it yemi (it yemi Kids 15 kq) təhvil verməlidir. 

Qeyd edək ki, 10 manat nizamnamə kapitalına malik "Metro İnvest” MMC 2013-cü ildə yaradılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar