Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İndi ədalət zamanıdır... - Bayden və Haris adminstrasiyası qaradərililərə verdiyi vədə əməl edəcəkmi?

Trampdan sonrakı Amerikada qaradərililər ədalət vəd edən yeni adminstrasiyaya bir şans verdilər. Ancaq Bayden və Haris gözləniləni verməsələr, ölkə qısa müddətdən sonra yenidən qarışacaq...

Oray Eğin
“Habertürk” qəzeti, Türkiyə, 24 fevral 2021-ci il

Keçən il hər kəsin karantini unudub küçələrə axışmasına səbəb olan hadisə, şübhəsiz ki, polis tərəfindən Corc Floydun öldürülməsi idi. Bu polis cinayəti dünyanın bir çox yerində aylardır davam edən “Qaraların Həyatı Önəmlidir” (Black Lives Matter) nümayişlərinə yol açdı. Floyd məsələsi yeganə hadisə deyildi və nə ilk, nə də sonuncu oldu. Bundan əvvəl də, sonra da polis qaradərililəri öldürürdü.

İndi isə Milli Qvardiya yenidən xidmətə hazırlaşır. 8 martda Floydu öldürən polis Derek Şovinin məhkəməsi Minneapolisdə başlayacaq. Şəhərdə yenə fövqəladə təhlükəsizlik tədbirləri görülür, gözətçilər yerləşdirilir. Dünən gecə Nyu-York ştatının Roçester şəhərində təxminən 150 nümayişçi küçələrdə idi. Təhlükəsizlik qüvvələri şəhərdə barikadalar qurmuş və yolları bağlamışdı. Bu dəfə də keçən il polis tərəfindən öldürülən başqa bir qaradərili Deniel Prudun qatillərinin istintaq olunmamasına etiraz ediblər.

Digər tərəfdən, Nyu-Yorkun Baffalo şəhərində etiraz aksiyaları zamanı polis tərəfindən kəllə sümüyü zədələnən nümayişçi rəsmən şəhərə qarşı iddia qaldırıb. Keçən yay insanlar ədalətin bərqərar edilməsi üçün küçələrə axın etmişdilər, bu il isə məhkəmələrin öz işlərini düzgün görməsi üçün etiraz edirlər.

Ortada ciddi səhlənkarlıq var

Dünən qərarını elan edən tədqiqat heyəti polisin mühakimə edilməsinə ehtiyac olmadığı qənaətinə gəlib. Ancaq keçən il qardaşının evindən çılpaq şəkildə qaçarkən özünü itirən Prudun qətlində polisin səhlənkarlıq etdiyi açıq-aşkar görünür. Əslində, Prudun qardaşı polisdən kömək etməsini istəmişdi, çünki onun ruhi vəziyyəti yerində deyildi. Ancaq polis ruhi xəstənin problemini onu öldürərək həll etməyi üstün tutdu.

Polisin davranışı hər cəhətdən qeyri-insani idi. Başına örtük keçirərək huşunu itirənə qədər başını səkiyə basdılar. Üstəlik, bu hadisədən aylarla xəbərimiz olmadı. Bir həftə sonra 30 martda xəstəxanada ölməsinə baxmayaraq, hadisənin təfərrüatları yalnız sentyabr ayında - vəkillər polisə bədən görüntülərini yayımlamaq üçün təzyiq göstərdiyi zaman meydana çıxdı.

Daxili istintaq zamanı polis əməkdaşlarının bu görüntüləri aylardır gizlətməyə çalışdıqları ortaya çıxıb. Polis, hətta Prudun narkotik ucbatından öldüyünü yaymağa çalışıb. Buna görə də, şəhər qarışıb, insanlar küçələrə axışıb, polis dinc hətta nümayişçilərə qarşı da kimyəvi qazdan istifadə edib. Hadisələrə müdaxilə edən 7 polis məmuru hələ də müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırılıb və istintaq da davam edir. Ancaq bələdiyyənin keçən ilin sonlarına doğru yayımladığı bir hesabatda polisin səhlənkarlığına rast gəlinməyib və istintaq qrupunun hesabatı polisə qarşı açılan cinayət işinin qarşısını alıb.

Qərara baxmayaraq, siyasətçilər işə qarışır və cəmiyyəti hələlik sakitləşdirmək üçün müəyyən addımlar atırlar. Gələcəkdə Nyu-York qubernatoru olacağı deyilən ştat baş prokuroru Letitia Ceyms heyətdən fərqli bir nəticə gözlədiyini və dərhal Prudun ailəsi ilə görüşəcəyini açıqlayıb. Bir hakim də normal vəziyyətdə heyətin anonim qalmalı olan iclas qeydlərini ictimailəşdirmək barədə qeyri-adi bir qərar qəbul edib. Ədliyyə Nazirliyi Prudun ölümündə iştirak edən polis məmurlarının istintaqını da nəzərdən keçirir.

Məhz bu səbəbdən, bəlkə də, dövlətin digər qurumları və yerli inzibatçılar işə qarışdığı üçün etirazlar keçən ilki kimi olmaya bilər. Çünki Co Bayden adminstrasiyasının öhdəliklərindən biri hamı üçün ədaləti təmin etmək və günahsız qaradərililərin ölümünə son qoymaq idi. Etirazlar hələlik yeni adminstrasiyanın vədlərinə əməl etməsinə imkanı vermək üçün dayana bilər.

Yeni adminstrasiyanın ilk sınağı

Keçən yay Ağ Evdə irqçi bir prezident və nə olursa olsun polisin yanında olan sərt bir ədliyyə naziri vəzifədə idi. Amerika xalqı təbii olaraq Bayden adminstrasiyasından fərqli bir münasibət gözləyir.

Kamala Haris və Co Bayden üçün ilk böyük ədalət sınağı Prud istintaqı və Şoven məhkəməsidir. Seçkidən əvvəl ölkənin ilk qaradərili qadın vitse-prezidenti olan Harisə qarşı məhkəmə keçmişinə görə şübhə ilə yanaşan qaradərililər var idi. Xüsusilə baş prokuror olarkən Kaliforniyada qaradərililərin kiçik cinayətlərə görə ağır şəkildə cəzalandırılmasını istəməsi olduqca mübahisəli bir mövzuya çevrilmişdi. Harisə “Copmala” və ya “Top Cop” ləqəbi verilmişdi və bunun mənası onu polisə tay tutmaq idi. O isə həmişə bu tənqidləri dəf edirdi. Ancaq indi onları inandırmaq üçün əlində bir fürsət var.

Trampdan sonrakı Amerikada qaradərililər ədalət vəd edən yeni adminstrasiyaya bir şans verdilər. Ancaq Bayden və Haris gözləniləni verməsələr, ölkə qısa müddətdə yenidən qarışacaq və Demokratlar Partiyası növbəti seçkilərdə gözlənilməz bir şokla qarşılaşacaq.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Reuters: Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Qızıl Aypara: Rəisinin helikopterinin qəzaya uğradığı yerdə sağ qalan tapılmayıb

Təyyarə və helikopter qəzasında ölən dünya liderləri - Siyahı

İbrahim Rəisinin ölümü Xameneyinin oğlunun mövqelərini gücləndirib

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Ən çox oxunanalar