Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qadınlar üçün 63 yaş normal pensiya yaşı idi” - Millət vəkili ƏƏSMN-nin pensiya siyasətini bəyənmir...

Pensiya yaşının çox olması əhalinin ən narazı olduğu məsələlərdən biridir. Amma buna baxmayaraq hər il yaş həddi artırılır...

Vahid Əhmədov: “Qadınlarda pensiya yaşının 65 olmasına münasibətim çox pisdir”.

“Qadınların yaş həddi ilə bağlı müəyyən problemlər var. Biz Milli Məclisdə bu məsələyə toxunuruq”.

Bu sözləri millət vəkili Vahid Əhməd qadınların pensiya yaşının 65 qaldırılmasını PİA.az-a şərh edərkən qeyd edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Elnur Abbasov Yeni TV-yə müsahibəsində deyib ki, bu il iyulun 1-də Azərbaycanda qadınların pensiya yaş həddi 6 ay artırılacaq.

O xatırladıb ki, Azərbaycanda 2017-ci ilin 1 iyul tarixindən yaş həddinin mərhələli şəkildə hər il 6 ay artırılması prosesinə başlanılıb: “Kişilərdə artıq ötən il iyulun 1-də 65 yaş tamamlanıb və proses dayanıb. Qadınlarda isə bu il həmin yaş 62-dir. Hər il 6 ay artırılacaq və 65 yaşa qədər proses davam edəcək”.

Şöbə müdiri bütün dünyada eyni prosesin getdiyini qeyd edib və əlavə edib ki, Azərbaycanda pensiya yaş həddi yüksək deyil: “Hazırda Azərbaycanda əhalinin pensiya yaş həddi yüksək deyil. Nazirlik tərəfindən mütəmadi olaraq sosial-iqtisadi inkişaf tərzi baxımından Azərbaycana yaxın ölkələrlə bağlı araşdırmalar və təhlillər aparılır. Bundan başqa, elm və texnikanın, səhiyyənin, təhsilin inkişafı da insanların həyat səviyyəsinin uzanmasına imkan yaradır və ilbəil insanların həyat səviyyəsi artır. Ömür uzunluğunun artması nəticəsində bütün dünya ölkələrində pensiyanın yaş həddi mərhələli şəkildə artırılır”.

Pensiya yaşının bu qədər çox olması əhalinin ən narazı olduğu məsəldir. Amma buna baxmayaraq hər il yaş həddi artırılır. Bu yaş həddinin götürülməsi doğrudur, yoxsa yaş həddi aşağı salınmalıdır?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədova müraciət edib.

Vahid Əhmədov: “Qadınlar üçün 63 yaş normal pensiya yaşı idi və bu yaş həddini də saxlamaq lazım idi”.

Qadınların yaş həddi ilə bağlı müəyyən problemlərin olduğunu vurğulayan millət vəkili PİA.az-a bildirib ki, Milli Məclisdə bu məsələ müzakirə edilir. Millət vəkili qeyd edib ki, həmçinin də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə də bu barədə müzakirələr aparılır:

“Qadınlarda pensiya yaşının 65 olmasına münasibətim çox pisdir. Bu qanun qəbul olunanda da fikrimi bildirmişdim. Ümumiyyətlə qadınların pensiya yaşının 65-ə çatdırılması düzgün deyil.

İndi də qadınların yaşını hər il 6 ay artıra-artıra gedirlər. Onlar hesablayırlar ki, 65+12 yaş 77 yaş edir və qadınlar da ən azı 77 yaşa qədər yaşayırlar. Amma çox qadınlar da 77 yaşa da çatmır. Ona görə də hesab edirəm ki, qadınların yaş həddi ilə bağlı müəyyən problemlər var. Biz Milli Məclisdə bu məsələyni müzakirə edirik. Həmçinin də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə də müzakirə aparılır.

Qeyd edim ki, qadınlar üçün 63 yaş normal pensiya yaşı idi və bu yaş həddini belə də saxlamaq lazım idi”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

Ayın dərinliyində nə baş verir? - Məşhur iddia təsdiqləndi

İspaniya - Almaniya görüşünün ən yaxşı futbolçusu açıqlanıb

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentlərinin Şuşada qeyri-rəsmi naharı olub

İranın yeni prezidenti kimdir? - “Atam da, anam da türkdür” demişdi

Vahid Əhmədovun prokuror oğlu işdən azad edildi

İranın yeni seçilmiş Prezidenti siyasi rəqiblərinə müraciət edib

Ən çox oxunanalar