Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

1969-cu ildə yazılmış məktub tapıldı: 11 yaşlı qızın reallaşan öncəgörümləri...

Böyük Britaniyanın Piterboro şəhərində yaşayan mebel bərpaçısı Piter Bekerton köhnə divanın içindən 1969-cu ildə yazılmış bir məktub tapıb. Məktubda artıq gerçəkləşən öncəgörmələr yer alıb.

PİA.az sfera.az-a istinadən bildirir ki, usta bərpa edilmək üçün ona göndərilən köhnə divanın içindən 1969-cu ilin 23 fevralında 11 yaşlı qızın yazdığı bir məktub tapır. Sözügedən məktubda məktəbli qızcığaz gələcək həyatı, gələcəkdə dünyanın necə olacağı ilə bağlı fantaziyalarını təsvir edir. Bu ona verilən ev tapşırığı olub.

Qızcığaz yazırdı ki, illər sonra telefonlar ekranlı olacaq və həmsöhbətlər bir-birini görə biləcək. "Bu bir az televizora bənzəyir",- deyə məktub müəllifi qeyd edir. Onun proqnozlarına görə, televizorlar da dəyişəcək: onlar kiçik ölçülü qutulardan böyük ekranlara çevriləcək və həmin ekranları divanda oturaraq düymələr vasitəsilə idarə etmək mümkün olacaq. Qızcığaz həmçinin yazırdı ki, evlərə düymə ilə idarə edilən elektrik qapılar qoyulacaq.

Amma məktubda gerçəkləşməyən proqnozlar də var. Misalçün, qızcığaz ümid edirdi ki, gələcəkdə vərdiş etdiyimiz qida olmayacaq, xüsusi saqqız çeynəyib doyacağıq, bu üzdən çirkli qab-qaşıq yumağa ehtiyac qalmayacaq.

Bekertonun xanımı Roza sözügedən məktubun müəllifini tapmaq ümidilə onu sosial şəbəkədə paylaşmaq qərarına gəlib. Qadın qeyd edib ki, həyat yoldaşı köhnə mebellərdə tez-tez nələrsə tapır, amma bu dəfəki tapıntı qədər maraqlısı olmayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Ən çox oxunanalar