Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı-Tbilisi-Ceyhan boru kəmərinə qoyulan sərmayə açıqlandı

2020-ci il ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) üzrə əsaslı xərclərə təqribən 29 milyon dollar xərclənib.

“BP Azərbaycan”dan verilən məlumata əsasən, əməliyyat xərclərinə isə təqribən 111 milyon dollar vəsait sərf olunub.

Bildirilir ki, il ərzində BTC vasitəsilə 27,8 milyon tondan artıq, təqribən 211 milyon barel xam neft və kondensat ixrac olunaraq, Ceyhanda 278 tankerə yüklənib.

Boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2020-ci ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 475 milyon tondan artıq (3,57 milyard barel) xam neft nəql edilib və Ceyhanda 4 659 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Qeyd edilir ki, hazırda BTC boru kəməri vasitəsilə əsasən Azərbaycandan Azəri-Çıraq-Günəşli neftini və Şahdəniz kondensatını daşınır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən, Türkmənistan, RusiyaQazaxıstan nefti nəql olunur.

“BTC Co”nun səhmdarları: BP (30,1 faiz), AzBTC (25 faiz), MOL (8,9 faiz), Ekvinor (8,71 faiz), TPAO (6,53 faiz), Eni (5 faiz), Total (5 faiz), İTOÇU (3,4 faiz), INPEKS (2,5 faiz), EksonMobil (2,5 faiz) və ONGC (BTC) Limited (2,36 faiz) şirkətləridir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

Prokurorluq əməkdaşı ağır qəzasında həyayını itirib

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Şamaxıda III Üzüm və Şərab Festivalına start verilib    

Fransada Makrona qarşı etiraz aksiyası keçirilir

Ən çox oxunanalar