Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Monopoliya böyüyür: “Azəriqaz” və “Azərişıq”ın imzaladığı memorandum hansı məqsəd daşıyır?

İqtisadçı-ekspert: “Həm Azəriqaz, həm də Azərişığın əhaliylə münasibətlərində ciddi problem olduğu, təklif etdikləri xidmətlərdən əhalinin narazı olduğu hamıya məlumdur”.

Azəriqaz və Azərişığın imzaladığı memorandumdan heç bir ciddi nəticə gözləmirəm”.

Bu sözləri iqtisadçı-ekspert Rəşad Həsənov Azərişıq və Azəriqazın imzaladığı memorandumu PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Azərişıq Açıq Səhmdar Cəmiyyəti ilə Azəriqaz İstehsalat Birliyi arasında strateji əməkdaşlıq üzrə memorandum imzalanıb. Videoformatda keçirilən tədbirdə memorandumu "Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov və "Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev imzalayıblar.

Hər iki qurumun rəhbər şəxsləri imzalanmadan öncə kommunal sektorda əməkdaşlığın zəruriliyinə toxunublar və bu təşəbbüsün də abonent məmnuniyyətinə hesablandığını vurğulayıblar. Bildirilib ki, hər iki qurumun kifayət qədər təcrübəyə sahib mütəxəssisləri var. Onlar kommunal sektorda ortaya çıxa biləcək problemləri əvvəlcədən proqnozlaşdırmaqla, müvafiq tədbirlərin görülməsi istiqamətində birgə səy göstərə bilərlər. Beləliklə, qarşılıqlı fikir və informasiya mübadiləsi gələcək fəaliyyət üçün çox faydalı ola bilər.

Qeyd edək ki, strateji əməkdaşlıq üzrə memorandum gələcəkdə vahid mənbədən idarə edilməklə vahid kommunal idarəetmə funksiyalarının formalaşdırılması, şəbəkəyə qoşulmanın əlçatanlığı və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsini nəzərdə tutur. Bundan başqa Vətən müharibəsinin nəticəsi olaraq işğaldan azad edilmiş ərazilərdə daha operativ yanaşmanın təmin edilməsi istiqamətində də birgə fəaliyyət planının işlənilməsi nəzərdə tutulur.

Bilirik ki, əhalinin ən çox narazı qaldığı xidmət sahələrinin başında mıhz bu iki qurum dayanır. Xüsusən son zamanlar hər iki qurumun sayğaclarının sərfiyyatı artıq yazması ilə bağlı şikayətlər artmaqdadır.

Bəs imzalanan bu memorandum hansı məqsədi daşıyır və bu memorandumu hər iki qurumun monopoliyasının daha da genişləndirilməsi kimi dəyərləndirmək olarmı?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Rəşad Həsənov ilə müzakirə edib.

Rəşad Həsənov: “İki qurumun arasında razılaşmanın olmasını inhisarçılıq kimi düşünmək olmaz. Çünki onların hər biri onsuz da inhisarçılardır”.

Bu memorandum yaranmış tələb qarşısında guya iş görürük imitasiyasını formalaşdırdığını bildirən ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, istənilən halda bu momerndumu bir alətlər çevirmək olar. Yəni daha keyfiyyətli və eyni zamanda daha asan xidmətlərin təşkil edilməsi üstündə işləyə bilərlər. Amma istəsələr:

“Həm Azəriqaz, həm də Azərişığın əhaliylə münasibətlərində ciddi problem olduğu, təklif etdikləri xidmətlərdən əhalinin narazı olduğu hamıya məlumdur. Bu məsələlər hər zaman gündəmə gəlib. Onların xidmətlərinin keyfiyyətlərinin artırılması, xüsusi qaz və elektrik şəbəkələrinə qoşulma ilə bağlı şərtlərin azaldılması həm əhali, həm də biznes aspektindən vacib məsələlərdən biridir.

Uzun müddətdir ki, Azərbaycan bu istiqamətdə geridə qalan ölkələr sırasına daxil olur. Düşünürəm ki, bir çox problemlər, xüsusilə də qoşulma ilə bağlı olan problemlərin aradan qaldırılması əsas məsələlərdən biri kimi gündəmdə olmalıdır. Bu bir çağırışdır.

İki qurumun arasında razılaşmanın olmasını inhisarçılıq kimi düşünmək olmaz. Çünki onların hər biri onsuz da inhisarçılardır. Hər ikisi biryerdə olanda da ciddi heç bir dəyişiklik olmayacaq. Amma ola bilsin ki, müəyyən qədər prosedurlar sadələşsin. Qeyd edim ki, son illərdə kommunal xidmətlərlə bağlı müəyyən irəliləyişlər baş verib. Məsələn ASAN kommunalın yaradılması insanlara vahid bir pencərə üzərində müraciət imkanı yaradıb.

Rəşad Həsənov: “İmzalanan memorandumun ciddi keyfiyyət dəyişikliyinə gətirib çıxaracağına inanmıram”.

Nəzərə almaq lazımdır ki, bunların hər biri ayrı-ayrılıqda vaş verib. İndi memorandumda nəzərdə tutulduğu kimi bunlar uzunmüddətli dövrdə müəyyən inkişaf prosesinə əməl edərlərsə, hansısa müsbət işlərin görüləcəyini demək olar. Amma memorandumlar ciddi sənəd deyil və adətən də hər hansı ciddi dəyişikliklərə gətirib çıxarmırlar. Buna görə də imzalanan memorandumun ciddi keyfiyyət dəyişikliyinə çıxaracağına inanmıram.

Bu memorandum yaranmış tələb qarşısında guya iş görürük imitasiyası formalaşdırır. İstənilən halda bunu bir alətlər çevirmək olar. Yəni daha keyfiyyətli və eyni zamanda daha asan xidmətlərin təşkil edilməsi üstündə işləyə bilərlər. Təbii ki, istəsələr. Məsələn onlar ailə təsərrüfatının, biznes subyektinin xidmətlərdən istifadə edə bilməsi üçün müraciət edə bilərlər. Bu çətin məsələ deyil. Sadəcə olaraq müəyyən sistemlərin inteqrasiya edilməsinə ehtiyac var.

Qeyd edim ki, ödənişlərin vahid mərkəzdən qəbulunu doğru hesab etmirəm. Çünki bu başqa problemlərə gətirib çıxara bilər. Məsələn elə ailə var ki, enerji pulunu ödəyə bilmir, amma qazdan istifadə etməklə qaz pulunu ödəyə bilər. Həmin ailə elektrik enerjisi istifadə etməsə belə, tələbinin müəyyən hissəsini oradan ödəyə bilər. Bu əksinə də ola bilər.

Rəşad Həsənov: “Azəriqaz və Azərişığın vahid mərkəzdən ödənişlərin toplanmasına start verməsi son nəticədə ailə qarşısında seçimi aradan qaldıra bilər”.

Azəriqaz və Azərişığın vahid mərkəzdən ödənişlərin toplanmasına start verməsi son nəticədə ailə qarşısında seçimi aradan qaldıra bilər. Bu seçim imkanlarını məhdudlaşdıra, ailə büdcələrini təzyiq altında saxlaya bilər. Buna görə də düşünürəm ki, bu sahədə hər hansı mərkəzləşdirmənin aparılmasına ehtiyac yoxdur.

Bir daha qeyd edim ki, Azəriqaz və Azərişığın imzaladığı memorandumdan heç bir ciddi nəticə gözləmirəm”.

Nərminə UMUDLU
pia.az


Etiket: Memorandum


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

Ən çox oxunanalar