Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın məşhur balıq məhsulları şirkəti müflis elan edildi

Azərbaycanda 3 məşhur brendin sahibi olan şirkət müflis elan edilir.

Qaynarinfo xəbər verir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Rafael Cəfərov 10C ünvanda yerləşən “M.Ş.” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) müflis elan olunması barədə cəmiyyətin təsisçisi tərəfindən qərar qəbul olunub, “cəmiyyətin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edilib.

İddia tələbi üzrə hazırlıq iclası 26.01.2021-ci il tarixdə saat 10:00-da keçirilib, mülki iş baxışa təyin edilib. Məhkəmə baxışının iclası 16.02.2021-ci il tarixdə saat 15:00-da Bakı Kommersiya Məhkəməsinin binasında (AZ-1040, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi) hakim Fərrux Qasımovun sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, məşhur “Dalğa”, “Balıqçı” və “Yelkən” brendlərinin sahibi “M.Ş” MMC-dir. Müəssisə balıq istehsalı və satışı ilə məşğuldur. “Dalğa” – ilk milli balıq brendidir. İstehsal ənənəvi üsulla aparılır və məhsullar alman avadanlıqları ilə qablaşdırılır.

“M.Ş.” Tam Ortaqlı Şirkəti 18 sentyabr 2000-ci ildə dövlət qeydiyyatından keçib, 2009-cu ildə MMC statusu alıb. “M.Ş.” MMC-nin nizamnamə kapitalı 1000 manatdır və qanuni təmsilçisi Məlik Məmmədov Rəfail oğludur.

Onu da qeyd edək ki, 2017-ci ildə şirkət 10 milyon manata satışa çıxarılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar - Yenilənib

Şəfasından xəbərsiz olduğumuz taxıl bitkiləri - Bu 4 sıyıq qaraciyəri bərpa edir

Sumqayıtda narkotik aludəçisi saxlanılarkən ürəktutmadan öldü

"Öləndən sonra gətirilən gülü atın zibilliyə" - Foto

Özbəkistan və Almaniya miqrasiya sahəsində saziş imzalayıblar

Türkiyəli bələdiyyə sədri Fatma Şahin: "Əminə Ərdoğanla bərabər COP-29-da iştirak edəcəyik"

Tofiq Sadıxov: "Atanın uşaqla vaxt keçirməsi təkcə ananın istirahəti üçün deyil"

Ən çox oxunanalar