Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məhkumlar koronavirusa qarşı peyvənd ediləcək

Ədliyyə Nazirliyi sistemində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı tədbirlər davam etdirilir.

Bu barədə Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib.

Onun sözlərinə görə, bu günə qədər koronavirus infeksiyası ilə bağlı ədliyyə sistemində 40 min 291 test keçirilib: "Hazırda ədliyyə sistemində, eləcə də cəzaçəkmə müəssisələrində koronavirusa yoluxma halları çox azdır, sanitar-epidemioloji vəziyyət nəzarətdədir. Hazırda Ədliyyə Nazirliyinin tibbi heyətinin vaksinasiyası həyata keçirilir".

İdarə rəisi qeyd edib ki, vaksinasiya prosesinə cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlar da cəlb ediləcək: "Məhbusların da peyvənd olunması nəzərdə tutulur. Amma hələlik bu prosesin nə vaxt reallaşacağı barədə dəqiq məlumat yoxdur. Ümumiyyətlə, bu proses digər müəssislərdə olduğu kimi, Ədliyyə Nazirliyi sistemində də Nazirlər Kabineti yanında Operativ Qərargahın tərtib etdiyi cədvəl üzrə aparılır. Cədvələ uyğun olaraq məhkumların da vaksinasiyası həyata keçiriləcək".

A.Sabitova bildirib ki, hazırda Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində məhkumların ailə üzvləri ilə görüşünə də icazə verilir: "Bu proses xüsusi qaydalar əsasında həyata keçirilir. Ədliyyə naziri Fikrət Məmmədovun tapşırığı ilə cəzaçəkmə müəssisələrində məhkumlarla görüş üçün xüsusi şüşə - şəffaf kabinələr yaradılıb və məhkumlar həmin kabinələrdən ailə üzvləri ilə görüşürlər". (Trend)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Əhməd Vəliyevin oğlu YAP-ın deputatlığa namizədi oldu: İngiltərəyə qədər uzanan ailə biznesi 

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib - Yenilənib

Ağdərə rayonunun sərhədlərində mərz nişanları basdırılır

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Ən çox oxunanalar