Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransada 34 min nəfərin iştirak etdiyi etiraz aksiyaları zamanı 12 polis xəsarət alıb  

Fransanın paytaxtında və ölkənin digər şəhərlərində mətbuat azadlığı və "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsinin bəzi maddələrinə edilən dəyişikliklərə etiraz olaraq icazəsiz aksiyalar keçirilib.

RİA Novosti xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Naziri Gerald Darmanen “Twitter” hesabında yazıb.

Nazir qeyd edib ki, iğtişaşlar zamanı ümumilikdə 12 nəfər polis və jandarma əməkdaşı yaralanıb. 

Rəsmi məlumatlara görə, etiraz aksiyalarında 34 min insan iştirak edib. Təşkilatçıların sayı isə 200 min göstərilib. 

Parisdə 24, ümumilikdə isə 75 nəfər etirazçı həbs olunub.

Qeyd edək ki, etiraza səbəb "Qlobal təhlükəsizlik haqqında" qanunun 24-cü maddəsinə  ediləcək dəyişiklikdir. Bu maddəsinə görə, polisin və ya hüquq-mühafizə orqanı əməkdaşının xidmət zamanı jurnalistlər tərəfindən foto-video çəkilişlərinin aparılması qadağan edilir. 

Jurnalist həmkarlar ittifaqları və müxalifət tərəfindən qanuna edilən bu dəyişiklik söz azadlığına qarşı ciddi addım kimi qiymətləndirilib. 

Qanunu pozan şəxsi üçün 1 il həbs cəzası və 45 min avro cərimə nəzərdə tutulub.

Bu ay qanun layihəsi Fransa Parlamentinin yuxarı palatası olan Senata göndərilməsi nəzərdə tutulub.

pia.az


Etiket: Fransa

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar