Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pandemiya dövründə Almaniyada irqçi hücuma məruz qalan azərbaycanlılar

COVID-19 pandemiyası dövründə Almaniyada əcnəbilərə qarşı irqçi hücumların sayında artım qeydə alınıb.

“Report”un Avropa bürosunun Almaniya İrqçiliklə Mübarizə Agentliyindən əldə etdiyi məlumatda deyilir ki, ötən ilin noyabr ayına qədər agentliyə irqi və siyasi motivli hücuma məruz qalan 6 000-ə yaxın şəxs müraciət edib. Bu 2019-cu ildəki göstərici ilə müqayisədə iki dəfə çoxdur. Belə ki, həmin il agentliyə irqçi və siyasi motivli hücuma məruz qalan 3 200 şəxs müraciət etmişdi.

2020-ci ildə Almaniyada irqçi hücuma məruz qalanların böyük bir hissəsi Asiya kökənli olub. Agentliyin məlumatına görə, türk və ərəb mənşəli əcnəbilərin sərt karantin qaydalarının tətbiq olunduğu zaman fərdi toy şənlikləri keçirməsi də cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Bu hadisələr zamanı da onlarla əcnəbi irqçi hücuma məruz qalıb.

Ötən il Almaniyada irqçi və siyasi motivli hücuma məruz qalan Azərbaycan vətəndaşlarınn sayında isə azalma qeydə alınıb. Belə ki, 2020-ci ildə 14 Azərbaycan vətəndaşı irqçi və siyasi motivli hücuma məruz qalıb. Bu hadisələr zamanı həmvətənlərimizdən 3-ü yüngül bədən xəsarətləri alıblar. Hücuma məruz qalan Azərbaycan vətəndaşları 23-52 yaş arasında olublar. Həmin faktlar Almaniyanın Şimali Reyn Vestfaliya, Bavariya, Saksoniya, Saksoniya-Anhalt və Hamburq əyalətlərində qeydə alınıb.

Məlumat üçün bildirək ki, 2019-cu ildə irqçi və siyasi motivli hücuma məruz qalan Azərbaycan vətəndaşlarının sayı 23 olub. Həmin hadisələr zamanı həmvətənlərimizdən 1-i ölüb, 2-si ağır olmaqla, 20-si müxtəlif bədən xəsarətləri alıblar.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Kapadokiya – Türkiyənin nağıl dünyası və tarixi incisi – Fotolar

Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanıb

Şamaxıda III Üzüm və Şərab Festivalına start verilib    

Ən çox oxunanalar