Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya gerçəkdənmi güclüdür?... - Qubad İbadoğlunun şərhi

ADR Hərəkatının sədri: “Yoldaşlar, ruslardan bizə “xoxan” düzəltməyin”...

“Heç şübhəsiz ki, Azərbaycan ayrılıqda Rusiya ilə rəqabət aparmaq gücündə deyildir. Bəs, Türkiyə ilə birlikdə olanda necə rəqabət apara bilərmi?”.

Bu fikirləri Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, ABŞ-ın Rutgers Universitetinin professoru Qubad İbadoğlu sosial şəbəkədə yazıb.

PİA.az məşhur iqtisadçının Rusiya ilə bağlı şərhini təqdim edir:

“10 noyabrda Rusiya, AzərbaycanErmənistan arasında atəşkəs Bəyannaməsi imzalanandan sonra sosial şəbəkələrində məqsədli və mütəşəkkil şəkildə belə bir təbliğat aparılır ki, biz Rusiyanın qarşısına  çıxa bilmərdik, Rusiya bizi əzərdi, məhv edərdi, başqa alternativə malik deyildik.  “Tarix ən yaxşı müəllimdir” deyirlər. Zamanında bu məsələyə tarix özü qiymət verəcək. Ona görə də indi belə mövqe sahibləri və onların tərəfdarları ilə söz güləşdirmək niyyətində deyiləm. Sadəcə məni narahat edən Rusiya ilə bağlı davam edən təbliğatdır ki,  fikrimcə, onunla da ən azı 3  məqsəd güdülür: 

1. Rusiya olduğundan çox böyüdülür.

2. Rusiyadan qorxu və təslimçilik hissi formalaşdırılır.

3. Rusiyaya yaxın olmaq üçün zəmin yaradılır və motivasiya formalaşdırılır. 

Müşahidələr göstərir ki, bütün bunlar Kremllə əlaqəli olan Bakı mənşəli mərkəzlərdən idarə olunur.

Əslində vəziyyət necədir? Rusiya gerçəkdənmi güclüdür?

Türkiyə Azərbaycanın yanındadırsa, bu bizim üçün nə deməkdir?

Heç şübhəsiz ki, Azərbaycan ayrılıqda Rusiya ilə rəqabət aparmaq gücündə deyildir. Bəs, Türkiyə ilə birlikdə olanda necə rəqabət apara bilərmi? Öncə qeyd edim ki, burda söhbət müharibədən deyil, texnoloji inkişafdan və rəqabətdən gedir.  Odur ki,  detallara keçirəm.

1) Beynəlxalq nüfuz, təhlükəsizlik və təsir dairəsində Türkiyə daha üstün mövqeyə malikdir. Türkiyə NATO-nun sadəcə  üzvü deyil, orda ikinci güclü ordusu olan ölkədir.

2) Regionda nüfuz və təsir dairəsində görə Türkiyə daha  böyük potensiala malikdir.  Türk xalqlarının hazırda 7 müstəqil dövləti (Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Şimali Kipr), bundan  başqa, Rusiya Federasiyasının tərkibində Tatarıstan, Başqırdıstan, Çuvaşıstan, Saxa (Yakutiya), Tıva, Xakasiya, Kabarda-Balkariya, Qaraçay-Çərkəz, Altay Respublikaları və Taymır (Dolqan-Nen) milli mahalı, Çin Xalq Respublikasının tərkibində Sintzyan-Uyğur Muxtar Rayonu, Moldovanın tərkibində Qaqauziya Muxtar Respublikası, İranın tərkinində Güney Azərbaycanı, İraqda Türkmənlər vardır.

3) İqtisadiyyatında adambaşına bölüşdürülən resurslarına görə Türkiyə daha güclü və potensiallı ölkədir.  Belə ki, 2021-ci il üçün  adambaşına büdcə xərcləri  Türkiyədə 2186 dollar, Rusiyada  2004 dollar proqnozlaşdırılır.

4) Növbəti ildə adambaşına düşəcək müdafiə xərcləri Türkiyədə 344 dollar, Rusiyada 288 dollar olacaq. Türkiyənin hərbi sənaye kompleksi Rusiyadan texnolji baxımdan daha yüksək, silahlı qüvvələri isə daha müasir təlimlidir. Sadəcə Türkiyə nüvə dövləti deyil. Global Firepower indeksində də Rusiya dünya üzrə 2-ci, Türkiyə 11-ci yerdədir. Rusiya hərbi cəhətdən qüdrətli dövlət olsa da Türkiyə hərbi sənaye kompleksi inkişafda, Rusiyadanın hərbi sənaye kompleksi isə tənəzzüldədir. Bunu  ikinci Qarabağ müharibəsi texnoloji müstəvidə daha aşkar və aydın göstərdi.

5) Dünya Bankının qiymətləndirmələrinə görə, Türkiyədə doğulanların orta ömür uzunluğu 77 il, Rusiyada 72 ildir. Əhalisinin sayı arasında 1,75 dəfə fərq olmasına baxmayaraq, Times Higher Education World University Rankings 2021-də Türkiyənin dünya üzrə  ilk 1500-yə düşən 43, Rusiyanın isə 48 Universiteti vardır.

Əsla bu müqayisələrlə Türkiyənin Rusiyadan  güclü olmasını sübut etmək, eyni zamanda da Rusiyanın Azərbaycan üçün iqtisadi əhəmiyyətini inkar etmək niyyətim yoxdur, amma istərdim ki, biləsiniz ki, Türkiyə Rusiya ilə müqayisədə zəif ölkə deyil, hətta daha potensiallıdır. Türkiyə  texnoloji baxımdan getdikcə güclənən,  Rusiya isə geri qalan ölkələr sırasındadır.  Odur ki, yoldaşlar, ruslardan bizə "xoxan" düzəltməyin!  Müasir dünyada texnologiyalara kim sahibdirsə, o güclüdür.

Ona görə də hesab edirəm ki, Türkiyə ilə Azərbaycan eyni mövqedə olarsa nə rusdan, nə də ingilisdən qorxmaya dəymir. Biz birlikdə olanda  daha güclüyük! Yaşasın, Azərbaycan Türkiyə qardaşlığı!”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

Kişilər və qadınlar ən çox hansı yaşda aldadırlar?

İranın Baş Qərargahı "Fars" agentliyinin Rəisinin helikopterinin qəzası ilə bağlı şərhini təkzib edib

Bakıdan Antalyaya təyyarə reysi yenidən təxirə salındı

Qara Qarayev əvəzedici heyətə göndərilməsinə münasibət bildirib

Azərbaycanın iki güləşçisi dünya çempionatının qızıl medalını qazanıb

Diqqət: Metronun "28 May" stansiyasının qarşısında ilanlar peyda olub

Seçki bülletenlərinin hazırlanması prosesi başa çatıb

Mehriban xanım Əliyeva - milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı    

Ən çox oxunanalar