Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan da Rusiyadan ixrac mallarına qadağalar tətbiq etməlidir” – Qubad İbadoğlu

Rusiyanın Azərbaycana qarşı başladığı pomidor "müharibəsi" ciddi beynəxala rezonans doğurmaqdadır”.

Bunu ekspert Qubad İbadoğlu deyib.

Q.İbadoğlu qeyd edib ki, 2015-ci ildə rus təyyarəsini vurandan sonra Türkiyəyə qarşı tətbiq edilən embarqo hazırda başqa formada Azərbaycanın əleyhinə yönəlib: “Bəziləri Ermənistan və Özbəkistana qarşı da rus embarqosunun mövcudluğunu əsas göstərib bu məsələnin siyasiləşdirilməsinin əleyhinə olsa da, beynəlxalq ticarətin hazırda qlobal siyasətin əsas alətlərindən birinə çevrildiyini əsas götürüb deyə bilərəm ki, həm akademik, həm də praktik yöndən əminəm ki, bu məsələdə siyasət başlıca rol oynayır. Pomidor Azərbaycan üçün xüsusilə də neft gəlirlərinin azaldığı dövrdə çox əhəmiyyətli qeyri-neft ixrac məhsuludur. Belə ki, 2017-ci ildən başlayaraq Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında tomat (pomidor) birinci məhsul olub. DSK-nın açıqlamalarına görə, 2017-ci ildə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracının 9,9 faizini, 2018-ci ildə isə 10,5 faizini, 2019-cu ildə 9,7 faizini, 2020-ci ilin 10 ayında isə 11,98 faizini pomidor təşkil edib. Ötən il 189 milyon 292 min dollar dəyərində 174 min 548 kq pomidor ixrac edildiyi halda bu ilin 10 ayında 173 milyon 19 min dollar dəyərində 160 min 269 kq pomidor ixrac edilib. Bu il üçün cəmi ixracın 1.41 faizi, qeyri neft məhsullarının ixracının 11.98 faizi pomidorun payına düşüb. Bu dövrdə Azərbaycan iş adamları alma ixracından da 21 milyon 201 min dollar qazanıblar. Göründüyü kimi bu ilin 10 ayı üçün pomidor və alma ixracından Azərbaycanın qazancları 200 milyon dollar ətrafındadır. Bu ilin 10 ayında pomidor və alma ixracatında əldə edilən valyuta gəlirləri (194 milyon dollar) 2020-ci ilin 11 ayında Şahdəniz yatağından qaz və kondensat satışından əldə edilən gəlirlərin- 276 mln. ABŞ dolların - 70 faizini təşkil edir. Odur ki, Rusiyanın Azərbaycanda pomidor və alma idxalına qoyduğu qadağaya texniki məsələ kimi yanaşmaq və onu Ermənistan və Özbəkistanla müqayisə etmək düzgün deyildir. Belə ki, ruslar qadağanı Ermənistana Armavir rayonuna, Özbəkistanda isə Cənubşərq Qaşqadaryo rayonuna tətbiq ediblər. Bizə qarşı qadağa bütün ölkəyə şamil olunur. Unutmayaq ki, Rusiya bazarında satılan hər 5 kq pomidoun 2 kq-ı, yəni bazarın 40 faizə qədəri Azərbaycanını payına düşür. Nə etməli? Əvvala qeyri-neft ixracarının əsas məhsulunun bir bazardan Rusiyadan asılığının yaratdığı belə riskləri nəzərə alaraq pomidor və alma ixracatını şaxələndirmək və başqa bazarlara çıxmaq lazımdır. İkincisi, Azərbayan Qida Təhlükəsizliyi Agentliyi Rusiyanın Rosselxoznadzor təşkilatı ilə müzakirələr başlamalı və ixrac məhsullarını bazarın tələblərinə uyğunlaşdırmaqla problemin həllinə çalışmalıdır. Üçüncüsü, embarqo davamlı olarsa, onda Azərbaycan da adekvat qərarlar qəbul etməli Rusiyadan ixrac mallarına qadağalar tətbiq etməlidir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

Kişilər və qadınlar ən çox hansı yaşda aldadırlar?

İranın Baş Qərargahı "Fars" agentliyinin Rəisinin helikopterinin qəzası ilə bağlı şərhini təkzib edib

Bakıdan Antalyaya təyyarə reysi yenidən təxirə salındı

Qara Qarayev əvəzedici heyətə göndərilməsinə münasibət bildirib

Azərbaycanın iki güləşçisi dünya çempionatının qızıl medalını qazanıb

Diqqət: Metronun "28 May" stansiyasının qarşısında ilanlar peyda olub

Seçki bülletenlərinin hazırlanması prosesi başa çatıb

Beynəlxalq müşahidəçilərin parlament seçkilərini müşahidə üçün müraciət müddəti başa çatıb

Ən çox oxunanalar